Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1008/2023 24.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Elnur Orucov onun həmkəndliləridir. Onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında pivə içmək üçün Masallı rayonu, Viləş kəndində yerləşən “Dörd Qardaş” kafesinə gəlmişdir. O, həmin kafedə spirtli içki olan pivəni qəbul etmişdir. Qardaşı Fuad da eyni masa arxasına onunla birlikdə əyləşmişdir. Daha sonra o, pivə sifariş etmək istəmişdir. Bu zaman Elnurla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elnuru vurmaq istəmiş və bir yumruq atmışdır, lakin həmin yumruq Elnura dəyməmişdir. Onları orada olan şəxslər ayırmışdır. O və Fuad baş vermiş mübahisə zamanı Elnuru döyməmişlər. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Masallı rayonu, Viləş kəndində yerləşən “Dörd Qardaş” kafesində İsmayıl Mirzəyevə kömək edir. İsmayıl buna görə ona 10 manat pul verir. Surac və Fuad qardaşları onun həmkəndlisidir. Onunla onların arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində kafedə olarkən Fuad sonra da Surac adlı şəxs müştəri kimi həmin kafeyə gəlib eyni masa arxasına əyləşib pivə sifariş etmişlər. İsmayılda onların pivə sifarişlərini aparmış və başqa müştərilərə xidmət etməyə getmişdir. Lakin, Surac və Fuad kafedə təhqir edici sözlər demişlər. Sonra da onun üzərinə hücum edərək onu döymüşlər. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 447 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyənin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk tük əşyanın təsirindən törədilmişdir, törəmə müddəti qərarda qeyd olunan 20 may 2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1008/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1008/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver