Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1009/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ tərəfindən xx.xx.2024-cu il tarixli, EQ 20310146 saylı, EQ 20310143 saylı və ********* saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ tərəfindən xx.xx.2024-cu il tarixli, EQ 20310146 saylı, EQ 20310143 saylı və 20310141 saylı inzibati xəta haqqında qərarlarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyi "xxxx" MMC yolların təmiri və tikintisi işlərini həyata keçirir. "xxxx" MMC-nin balansında yük daşıma fəaliyətinin həyata keçirilməsi üçün yük avtomobilləri vardır və həmin avtomobillər MMC-nin işçiləri tərəfindən istifadə edilir. X5 da həmin MMC-nin işçisi olduğu üçün avtomobillərdən yük daşınması üçün istifadə edir. DİN BDYPİ-nin 02 aprel 2024-cü il tarixli, EQ 20310146 nömrəli, 02 aprel 2024-cü il EQ 20310143 nömrəli və 02 aprel 2024cü il EQ 20310141 nömrəli qərarları ilə o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat, müxtəlif vaxtlarda təkrar olaraq ümümi 120 manat məbləğində cərimə edilmişdir. Şəxs qeyd edir ki, DİN BDYPİ-nin yuxarıda qeyd etdiyi qərarları ədalətli olmamışdır və günahsız olduğu halda onun təqsirli sayılmağı İnzibati Xətalar Məcəlləsinin müddalarına ziddir. Ona görə də hazırki qərarlardan şikayət vermək qərarına gəlmişdir və məhkəmədə DİN-nin BDYP idarəsinin yuxarıda qeyd etdiyi qərarlarının ləğv edilməsini xahiş edir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş DİN-nin Bakı şəhər DYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin tələb olunmasına baxmayaraq, inzibati xəta hadisəsini özündə əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İş materiallarında olan qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xəta haqqında fotodan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:29-da “TATRA T 815 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, tərtib olunmuş EQ 20310146 saylı qərardan görünür ki, X5 inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitələrin məlumatına əsasən xx.xx.2024-cu il tarixdə saat 09:29-da “TATRA T 815 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xəta haqqında fotodan görünür ki, xx.xx.2024-cu il tarixdə saat 09:26-da “TATRA T 815 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması aşkar olunmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cu il tarixli, tərtib olunmuş EQ 20310143 saylı qərardan görünür ki, X5 inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitələrin məlumatına əsasən xx.xx.2024-cu il tarixdə saat 09:26-da “TATRA T 815 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xəta haqqında fotodan görünür ki, xx.xx.2024-cu il tarixdə saat 10:21-də “TATRA T 815 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması aşkar olunmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cu il tarixli, tərtib olunmuş EQ 20310141 saylı qərardan görünür ki, X5 inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitələrin məlumatına əsasən xx.xx.2024-cu il tarixdə saat 10:21-də “TATRA T 815 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarının pozması barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 38.6-cı maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Həmin Məcəllənin 122.1-ci maddəinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdıraraq müəyyən etdi ki, X3 xüsusi texniki vasitələrin xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi aşkar edilsə də, həmin xətalara görə xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmamışdır. Belə ki, qanunvericliyin tələbinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalarla bağlı inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməlidir. Lakin iş materillında olan inzibati tənbeh vermə haqqında elektron qərarların inzibati xətanın törədildiyi gündən 1 aydan çox müddət keçdikdən sonra tərtib edilməsi görünür. Bununla da məhkəmə belə qənaətə gəlir ki, ki, qanunvericiliyin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.11-ci maddəsində qeyd olunur ki, İXM-inin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 135.1.5-1ci maddəsində maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, DİN DYPB-nin səlahiyyətli şəxsləri tərəfindən X7 barəsində İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərarlar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X3 barəsində olan xx.xx.2024-cu il tarixdə tərtib olunmuş EQ 20310146 saylı, EQ 20310143 saylı və EQ 20310141 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1009/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1009/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver