Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1011/2023 29.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurədin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-11 noyabr 1991-cı ildə Masallı rayonu, Qarğalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:45 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində idarə etdiyi “VAZ 21074” markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili tanınma nişanı olmadan idarə edərkən Masallı YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əsasən onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Qarğalıq kəndində ailəsi ilə birlikdə yaşayır. 28 iyun 2023-ci il tarixdə saat 07:45 radələrində “VAZ 21074 minik” markalı **-CZ- *** dövlət qeydiyyat nişanlı nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri Heydər Əliyev prospektində idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşları ona saxlama işarəsi vermiş, Yol Patrul Xidmətinin əməkdaşının tələblərinə tabe olaraq avtomaşını saxlamışdır. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun avtomaşını sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmiş, tibbi müayinəyə təqdim olunduqdan sonra onda narkotik maddələrin sərxoşluq vəziyyəti təsdiq olunmuşdur. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşları onun sərxoş olduğunu müəyyən etdikdə barəsində protokol tərtib etmişlər. Hazırda əməlindən səmimi peşman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli özünün səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair tibbi müayinənin nəticəsi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4.-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İşdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR-AZ817 ACE Z-Series markalı alkotestin İN:642686 saylı (protokollaşdırma 0456) çıxarışından görünür ki, Şəxs yoxlama zamanı 0,808 faiz sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, AP212660 saylı inzibati protokolun çıxarışından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tənbeh tədbiri görülməlidir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinsən səmimi peşman olmasnı məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 4 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 29 iyun 2023-cü il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası inzibati həbsdə dair hissədə Masallı Rayon Polis şöbəsinə, nəqliyyat vasiutələrini idarə etmə hüququndan məhrum edilməsinə dair hissədə Azərbaycan Respublikası DİN-nin BDYP-nə tapşırılsın. Əliyev X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1011/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1011/2023
29.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver