Məhkəmə qərarları › İş №3(050)-1011/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1011/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1011/2024 31.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbaova Ellara Həsən qızının sədrliyi, məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun, protkolu tərtib etmiş orqanın nümayəndəsi Həsənov Əli Bəxtiyar oğlunun, barəsində icraat aparılan “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin nümayəndəsi Rüstəmov Ruslan Fərail oğlunun iştirakları ilə, “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında 02 may 2024-cü il tarixli, MN 0527017 nömrəli inzibat xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 02 may 2024-cü il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə məxsus həkim məntəqə keçirilmiş planlı Yanğın Texniki Müayinə zamanı tərtib edilmiş Yanğın- Texniki Müayinənin aktında qeyd olunan bəndlərin pozulması aşkar edilmişdir. Protkolu tərtib etmiş orqanın nümayəndəsi Həsənov Əli Bəxtiyar oğlu məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə məxsus həkim məntəqəsidə yanğıntexniki müayinəsi keçirilmiş, bu zaman mağazada yanğın siqnalizasiya sisteminin olmaması müəyyən edilmişdir.Bundan başqa obyektin daxilinə çəkilmiş elektrik naqillərin izolyasiya qatının gərginliyə qarşı ölçülməmiş, Obyekdə “təxliyyə planı” olmamış, yanğınsöndürən balonların standartlara uğun olmaması və s. ciddi nöqsanlar aşkar olunmuş.Aşak edilən nöqsanlar səbəbindən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində icraat aparılan şəxsin nümayəndəsi Rüstəmov Ruslan Fərail oğlu məhkəmə iclasında izahatında göstərdi ki, Tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Qeyd edilən çatışmazlıqlar aradan qaldırlacaqdır.Göstərilənləri nəzərə alaraq təmsil etdiyi “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi barəsində yüngül cəza verilməsini xahiş etmişdir. KY221770849 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsı məxsus Masallı rayonu, Şərəfə kəndində fəaliyyət göstərən ərzaq mallarının pərakəndə satışı ilə məşğul olan mağazada 12.09.2022-16.09.2022-ci il tarixlərdə plan üzrə yanğın təhklükəsizliyi müayinəsinin aparılacağı qeydə alınmışdır. 15 avqust 2022-ci il tarixli, 3704 nömrəli qərardan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə məxsus həkim məntəqəsində planlı (növbəti) yoxlama məqsədi ilə 29.04.2024-03.05.2024ci il tarixlərdə Cənub RDYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı Həsənov Əli Bəxtiyar oğlu, Cənub RDYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət baş leytenantı Kərimov Orxan Talıb oğlu və Cənub RDYNİ-nin DYNŞ-nin inspektoru İbadov Elgün Kamal oğlu tərəfindən planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. 02 may 2024-cü il tarixli, 1774 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinənin aparılması haqqında 11 mart 2024-ci il tarixli, 1774 nömrəli qərara əsasən Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə məxsus həkim məntəqəyə baxış keçirilərkən müəyyən edildi ki, obyektin daxilinə çəkilmiş elektrik naqillərin izolyasiya qatının gərginliyə qarşı müqaviməti ölçülməmiş, Obyektdə “köçürmə planı işlənib hazırlanmamış və DYNO ilə razılaşdırılmamış, Obyektdə ilkin yanğınsöndürən alətlər və avadanlıqlarla təmin olunmamış və mövcud olan yanğın balonlarının tərkibi yenisi ilə əvəz olunmamış, Obyekt avtomatik yanğın xəbərçisi siqnalizasiya qurğusu ilə təmin edilməmişdir. 02 may 2024-cü il tarixli, MN 0527017 nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 02 may 2024-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində fəaliyyət göstərən «Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi-yə məxsus ərzaq mağazasında keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektdə YTQN 03-2002 3-cü bəndinin pozulması aşkar edilmişdir. 02 may 2024-cü il tarixli, MN 0527017 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 - 540.5, 541 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə «Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini və şərti olaraq hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: «Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Təyin edilmiş cərimə şərti tətbiq edilsin və «Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi-yə törədilmiş hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət müəyyən edilsin, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin, əks təqdirdə nəzərdə tutulan cərimə ödənilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbaova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar