Məhkəmə qərarları › İş №3(050)-1012/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1012/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1012/2024 24.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Ağabala oğlunun sədrliyi ilə, "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin barəsində Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş X3 materialı nəzərdən keçirib, məhkəmə müəyyən etdi: "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş X3 material baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğu üçün geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli X3 Protokolda barəsində X3 iş üzrə icraat aparılan şəxs qismində X2 göstərilsə də, elektron baza məlumatlarından çıxarışda və xx.xx.2020-ci il tarixli, X7 Haqqında Qərarda barəsində X3 iş üzrə icraat aparılan şəxs qismində X1 göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.3. X3 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş X3 material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş X3 material geri qaytarılsın. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar