Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1014/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru, d/x kapitanı X1, Barəsində protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Lənkəran regional X6 İdarəsinin inzibati xəta haqqında 07 may 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Cənub Regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibat xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 07 may 2024cü il tarixdə Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən "xxxx" X9 məxsus həkim məntəqəsində keçirilmiş planlı X7 zamanı tərtib edilmiş Yanğın-Texniki Müayinənin aktında qeyd olunan bəndlərin pozulması aşkar edilmişdir. "xxxx" X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru, d/x kapitanı X2 izahatında göstərdi ki, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən "xxxx" X9 məxsus həkim məntəqəsində Ədliyyə Nazirliyinin reyestrdən çıxarışa əsasən plan üzrə yanğın-texniki müayinə keçirmişlər və nöqsanlar aşkar olunmuşdur. Aşkar edilən nöqsanlar səbəbindən "xxxx" X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Odur ki, "xxxx" X11 barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Qeyd edilən çatışmazlıqlar aradan qaldırılacaqdır.Göstərilənləri nəzərə alaraq təmsil etdiyi "xxxx" X11 barəsində yüngül cəza verilməsini xahiş etmişdir. KY242104621 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən "xxxx" X9 məxsus həkim məntəqəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə yanğın təhklükəsizliyi müayinəsinin aparılacağı qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli, 2350 nömrəli qərardan görünür ki, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən "xxxx" X9 məxsus həkim məntəqəsində planlı (növbəti) yoxlama məqsədi ilə xx.xx.2024-xx.xx.2024-ci il tarixlərdə Cənub RDYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı X2, Cənub RDYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı X3 və Cənub RDYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru X4 tərəfindən planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. 07 may 2024-cü il tarixli, 2350 nömrəli yoxlama aktından görünür ki, yoxlamanın aparılması haqqında 18 aprel 2024-ci il tarixli, 2350 nömrəli qərara əsasən Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən "xxxx" X9 məxsus həkim məntəqəsinə baxış keçirilərkən müəyyən edildi ki, obyektin daxilində çəkilmiş elektrik naqillərin izolyasiya qatının gərginliyə qarşı müqaviməti ölçülməmiş və müvafiq akt tərtib olunmamışdır, obyektdə mövcud olan od söndürən balonun tərkibi yenisi ilə əvəz olunmamış, obyekt avtomatik yanğın xəbərçisi səs siqnalizasiya qurğusu ilə təmin edilməmiş, obyektdə yanğın və digər fövqəladə hallar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planı işlənib hazırlanmamışdır. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək və s. digər vəzifələri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" X11 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: «Masallı Rayon Mərkəzi Xəstəxanası” X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. «Masallı Rayon Mərkəzi Xəstəxanası” X5 törətdiyi hüquqpozmanı aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Lənkəran regional X6 İdarəsinə məlumat verilməsi üçün 2 ay müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev.
Məhkəmə qərarları › İş №3(050)-1014/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1014/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver