Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1028/2023 24.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxx 1975-ci ildə Masallı rayonu Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Gəyəçöl kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 23 iyun 2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 17 may 2023-ci il tarixdə həmkəndlisi X7 məxsus Gəyəçöl kəndində hasarı sökməsi nəticəsində ona maddi ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə az miqdarda ziyan vurma inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Göyəçöl kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu Göyəçöl Bələdiyyə mülkiyyətinə məxsus olan 64 sot torpaq paybəlli torpaq sahəsi onların ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsi 1998-ci il tarixdə Dövlət aktını ona rəsmi sənəd veriblər. Bundan başqa X10 ona məxsus olan paybəlli torpağında icazəsiz olaraq daş hasarla hörgülənmiş və zəbt edilmişdir. Ona baxmayaraq dəfələrlə Adana Salayevə bildirsələrdə həmi daş hasarı Adna Salayev sökülməyə icazə verməmişdir. xx.xx.2023-cü il tarixdə o, əsəbləşərək, həmin daş hasarı əli ilə itələyərək sökmüşdür. Hasarı sökmə səbəbi ona məxsus olan torpaq sahəsində qanaunsuz tikli aparması ilə bağlı olmuşdur.Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməklə barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 nümayəndəsi və vəkili X1 izahatında bildirdi ki, Masallı rayonu Birinci Yeddioymaq kəndində ailəsi ilə birlikdə yaşayaır. Masallı rayonu Göyəçöl kəndi ərazisində 10 sot torpaq sahəsini 2007-ci il tarixdə mərhum X2 10 min ABŞ dollarına almışdır. Sarvan və Sədi adlı şəxslər onu narahat etmişlər ki, mərhum dayıları torpağın onalara aid olmasını bildirmişdirlər. Sarvan və Sədi adlı şəxslər ona məxsus olan torpaq səhəsinin hasarını xx.xx.2023-cü il tarixdə uçurduğlarını və ona 1500 manat maddi ziyan vurmuşdurlar. Baş vermiş hadisə ilə bağlı Masallı rayonu Birinci Yeddioymaq kənd sakini X8 DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir.Hazırda ərizə ilə məhkəməə müraciət edərək bildirir ki, ona dəymiş ziyan ödənilmiş, Şəxs qarşı heç bir şiayət və tələbi yoxdur. Göstərilənləri nərərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Orxan Baklakişiyev tərəfindən tərtib olunmuş 23 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 17 may 2023-ci il tarixdə həmkəndlisi X7 məxsus Gəyəçöl kəndində hasarı sökməsi nəticəsində ona maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş 24 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəradan görünür ki, vətəndaş Masallı rayonu Birinci Yeddioymaq qeydiyyaqtda olan və yaşayan X4 müraciəti əsasında RPŞ-də toplanmış xx.xx.2023-cü il tarixli HK- 1/1394 nömrəli material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş Şəxs Hüseyxan oğlunun əməlində Azərbaycan Respublikası İXM- nin 232-1-ci maddəsinin tərkibi olduğu üçün, həmin şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarınada olan Cənub Qiymətləndirirci MMC-nin (VÖEN **********) dəymiş ziyan məbləğinin hesablanmasına dair rəyindən görünür ki, təqdim olunmuş Masallı rayonu Birinci Yeddioymaq kənd sakini X7 məxsus Masallı rayonu, Göyəçöl kəndi ərazisndə yerləşən hasarın 240 sm hündürlükdə 1180 sm uzunluğunda olan hissəsi uçurulmuşdur. Ətrafın təmizlənməsi, sement, qum, usta-fəhlə əməyi və nəqliyyat xərci daxil hasarın uçurulması nəticəsində sahibinə 540 (beş yüz qırx) manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, zərərçəkmiş şəxs X3 vermiş olduğu izahatı, iş üzrə 23 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 24 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindəən iki mislinədək məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsnın inzibati tənbehini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın zərərçəkmiş şəxs X9 ilə barışıb münasibətlərini bərpa etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olamamasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ərizə verərək barışmaqla icraata xitam verilməsi barədə xahişlərini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xətanı törətmiş şəxs Şəxs ilə zərərçəkmiş şəxs X10 ilə barışdıqlarından və zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1028/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1028/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver