Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1036/2023 25.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, X1nun iştirkları ilə, X2 Masallı RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta hqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta hqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə yəni - nəqliyyat vasitəsinin hərəkətdə olarkən nəqliyyat vasitəsinin dövlət nömrə nömrə nişanının birinin yerində olmamasına görə - qırx manat məbləğində cərimə edilir. Bununla bağlı qərar qəbul edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Qərarla razı deyil. Belə ki, həmin vaxt xx.xx.2023-cü il tarixində saat 01.00 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisindəki meşəlik ərazidə olarkən maşının dövlət nömrə nişanının düşdüyünü hiss etmiş və onun tam yerinə bərpa etmə imkanı olmadığından maşının ön şüşəsinin açıq görünən yerində qoymuşdur. Polis əməkdaşı nömrə nişanının yerində olmadığı iradına bildirmiş, o, isə bildirmişdir ki, meşəlik ərazidə saat 1 radələrində nömrə nişanının tam yerinə bərpa etməsi mümkünsüz olduğundan onu ön şüşənin görünən yerində yerləşdirmişdir. Lakin bütün bunlara baxmayaraq, polis əməkdaşları protokol tərtib etmişlər. Protokoldan razı olmadığını bildirərək onu imzalamamışdır. Protokolla bağlı qərar onun iştirakı ilə qəbul olunmalı olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə ona heç bir xəbərdarlıq edilmədən barəsində 40 manat cərimə qərarı çıxarılmışdır. Bununla bağlı 112 və asanpay vasitəsilə dəfələrlə şikayət etməsinə baxmayaraq, nəticə yoxdur. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, poçt xəbərnamələrindəki imza ona məxsus deyil. Sond C.M.Cahangirov şikayətin təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməini xahiş etdi. Qərarından şikayət verilmiş Masallı RPŞ-nin polis kapitanı X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materialında əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru X8 tərəfindən tərtbit edilmiş inzibati xəta haqqında protokola əsasən Masallı rayonu, Kolatan kənd sakini X4 xx.xx.2023-cü il tarixdə saat 00:52-də idarə etdiyi “Nissan Centra” minik markalı ** KC *** dövət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən dövlət nömrə nişanı yerində olmadığı üçün saxlanılmış, barəsində Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü madəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Masallı RPŞ-nin DYPBnin rəisi X7 tərəfindən X4 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Cahangir Cahangirov Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətan törətdiyinə görə 40 manat inzibati qaydada cərimə edilmişdir. İnzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün, digər iş materiallarının, o cümlədən inzibati protokola baxılması ilə bağlı X3 göndərilmiş poçt sənədinin təsdiqlənmiş surətlərini Masallı Rayon Məhkəməsinə təqdim edilməsi barədə Masallı RPŞ-yə sorğu ünvanlanmış, lakin inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. 105.1.maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: 342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, İXM-nin 342.1.3-cü maddəsinin nəzərdə tutulmuş “dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması” ifadəsi dövlət qeydiyyat nişanın istismarı qaydalarının pozulması ilə bağlıdır. Mümkündür ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarından biri bərpası mümkün olmayan yerdə düşsün. Məsələn, gecə vaxtı ucqar bir yolda. Belə vəziyyətdə həmin hadisəyə görə şəxsin əməli təqsir ilə əhatə oluna bilməz. Çünki, baş vermiş hadisədə qeyd edildiyi kimi onun təqsiri yoxdur və həmin halın həmin vaxt onun aradan qaldırılması mümkünsüz ola bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1036/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1036/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver