Məhkəmə qərarları › İş №3(050)-1055/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1055/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1055/2024 13.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, X3 Lənkəran RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətə və həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatatə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət verərək, Lənkəran RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini, eyni zamanda eyni tarixdə vəsatətlə müraciət edərək, Lənkəran RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ona yazılmış qərardan 10 gün müddətində şikayət etməli olduğu halda edə bilməmiş, səbəb olaraq aprel ayının 28-i onun, 21 isə qız toyu olmuşdur. Toy ərəfəsində işləri çox olduğundan üzürlü səbəbdən müddəti ötürmüşdür. 01 may 2024-cü il tarixdə şikayət ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmiş, lakin zəruri sənədləri ərizəyə əlavə etmədiyinə görə şikayəti geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Türkiyə Respublikasında olduğundan şikayətin geri qaytarılmasından məlumatı olmamışdır. Hesab edir ki, ötürülmüş müddəti üzürlü hesab edilərək bərpa edilməlidir. Vəsatətə və şikayətə baxılması ilə əlaqədar şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxsə və səlahiyyətli orqanın nümayəndəsi üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayət vermiş şəxsin və qərarındna şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan vəsatətə və şikayətə baxılmasını mümkün hesab etmişdir. Vəsatət öyrənilərkən müəyyən olunmuşdur ki, Lənkəran RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayətçi Fərid Əzizov xx.xx.2024-cü il tarixdə yəni qanunla müəyyən edilmiş müddətdə (inzibati tənbehvermə haqqında qərardan qanunvericliklə 20 gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur) məhkəməyə şikayətlə müraciət etmişdir. Bundan əlavə şəxs barəsində əldə edilmiş elektron sərhədkeçmə məlumatlarından da görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportundan Azərbaycan Respublikasının sərhəd hüdudlarını keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə geri qayıdaraq sərhəd hüdudlarını keçməklə Azərbaycan respublikasının ərazisinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, prosessual müddətin bərpası ilə bağlı vəsatət əsaslı olduğundan bərpa edilməli və şəxsin şikayətinə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Məhkəmə müddətin bərpası barədə vəsatəti müzakirə edərək hesab edir ki, X4 yuxarıda qeyd olunan üzürlü səbəblərdən inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün müddəti ötürmüşdür, bu səbəbdən ötürülmüş müddət bərpa edilməlidir. Eyni zamanda inzibati tənbeh vermə haqqında şikayət öyrənilərkən müəyyən edilmişdir ki, X4 tərəfindən inzibati xəta Lənkəran rayonu ərazisində törədilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar (qərardad) qəbul edir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən inzibati xətanın törədildiyi yer – Lənkəran rayonunun ərazisidir. Şikayətçi qərardan verdiyi şikayətə Masallı Rayon Məhkəməsində baxılması üçün (yaşadığı yer üzrə) şikayətə müvafiq qaydada vəsatət əlavə etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Lənkəran RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa olunsun. X3 Lənkəran RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2024-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar