Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1067/2023 10.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Masallı rayonu, Qodman kəndində doğulmuş, Masallı rayonu Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinə daxil olmuş 10 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolun tərtib olunmasına əsas Şəxs 25 may 2023-cü il tarixdə saat 20 radələrində X1 idarə etdiyi avtomaşının qarşısını heç bir əsaslı səbəb olmadan kəsərək onu söyüb təhqir etməsi olmuşdur. Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yaşadığı Qəriblər kəndində kənd sakinlərinin “Mercedes Benz” markalı **-FO-*** dövlət nömrə nişanlı maşını idarə edən şəxsin kiminsə evinə gəlib-getdiyi haqqında danışılanları eşitmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində işdən evə gələrkən kənd yolunda “Mercedes Benz” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomaşının kənd yolunda hərəkət etdiyini görüb həmin avtomaşını idarə edən şəxsin kim olmasını və hansı məqsədlə kəndə gəldiyini öyrənmək üçün əli ilə saxla işarəsi edərək həmin maşının qarşısını kəsmişdir. Bu zaman maşını idarə edən şəxs maşında enmişdir. O, həmin şəxsdən kəndə kimin evinə gəlib-getdiyini soruşmuşdur. Həmin şəxs ona “sübut etki mən kiminsə evinə hansısa məqsədlə gəlirəm” demişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman Vasif mühərriki işə salaraq ordan uşaqlaşmaq istəmişdir. O, isə Vasifin idarə etdiyi maşının sağ qapısına bir dəfə təpiklə vurmuşdur. X4 söyməmiş, onu təhqir etməmişdir. Həmin vaxt orada ondan və Vasifdən başqa heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomaşın ilə Rafiq adlı tanışının iş yerinə gedərkən Masallı rayonu Qəriblər kəndində Rafiqin arvadı Vəsilənin əlində yüklə getdiyini görmüş həmin vaxt Vəsiləni sərnişi qismində maşınına götürərək evlərinə aparmışdır. Vəsiləni evlərinə qoyub qayıdarkən tanımadığı bir şəxsin heç bir əsaslı səbəb olmadan idarə etdiyi avtomaşının qarşısını kəsmişdir. O, avtomaşını saxlayaraq maşından düşmüşdür. Həmin şəxs ucadan hay-küy salıb ondan kimi gətirdiyini soruşmuşdur. Oda həmin şəxsə Rafiqin arvadı Vəsiləni gətirdiyini bildirmişdir. Həmin şəxs bundan Rafiqin xəbəri olub-olmadığını soruşmuşdur. O, Almasın yanında Rafiqə zəng vurmuş Vəsiləni evlərinə apardığını və otbiçən maşına aid ehtiyyat hissələrinidə ona verdiyini bildirmişdir. Bu zaman Almas onu küçədə nalayiq ifadələrlə söyərək təhqir etmişdir. O, Almasdan sakitləşməsini istəmiş, lakin o, sakitləşməmişdir. O, avtomobilinə əyləşib oradan uzaqlaşmaq istədiyi zaman Almas avtomobilinin qapısına bir neçə dəfə təpiklə vurmuşdur. Həmin vaxt orada ondan və Almasdan başqa heç kim olmamışdır. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxsla barışmışdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Cəlal Əbülfəzli tərəfindən 10 iyul 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 510 və 232.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. İş materialına əlavə edilmiş tələbkar X2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dispozisiyasına əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qeyd edilən maddənin dispozisiyasında sadalanan halların baş verməsi ilə nəticələnən inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1067/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1067/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver