Məhkəmə qərarları › İş №3(050)-1068/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1068/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1068/2023 10.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mollaoba kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 22 may 2023-cü il il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində araşdırma komissiyasının işinə mane olaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Boradigah Bələdiyyəsinin sədrinin Masallı rayonu, Mollaoba kənd sakini Şəxs araşdırma komisiyasının işinə mane olması, komisiyya üzvlərini təhqir edərərk hədə-qorxu gəlməsi barədə məktubu Masallı RPŞ-nin Boradigah PB-yə daxil olmuşdur. Daxil olmuş məlumat üzrə prosesual qərar qəbul edilməsi zərurəti yarandığından məlumatlar HK-1/231 nömrədə qeydə alınmışdır. Aparılmış araşdırma zamanı toplanmış materiallardan müəyyən edilmişdir ki, Şəxs ilə bir sıra Boradigah qəsəbə sakinləri arasında Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən torpaq sahəsinin sahibinin müəyyən edilməsinə görə mülki xarakterli münasibətlərlə tənzimlənən mübahisə vardır. Aparılmış araşdırma zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli məktubda göstəilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli məktub əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2023-cü il tarixdə Şəxs komisyya üzvlərini nalayiq ifadələrlə təhqir etdiyinə və ictimai asayişi pozduğuna görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin Boradigah PB-yə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən fermasının yolu təxminən 12 ildir ki, İxtiyar Gülməmmədov tərəfindən tutulmuşdur. Bu barədə Pezident aparatına mürciət etdikdən sonra aktda adları qeyd olunan şəxslər xx.xx.2023-cü il tarixdə həmin əraziyə gəlmişlər. Əvvəlcə orada olmamışdır. Yoxlamanın sonunda onu çağırmışlar. Oktay Həsənov ona burada onluq iş olmamasını demişdir. Onu niyə çağırması barədə irad bildirmişdir. Daha sonra Tohid Hüseynov ona niyə Prezidentə müraciət etməsini bildirmişdir. O, da vətəndaş olaraq Prezidentdən köməklik istədiyini bildirmişdir. Ona icra hakiminin müavinin olmasını deyərək onu qorxutmağa çalışmışdır. Onu içəri saldıracağını demişdir. Bundan sonra həmin şəxslərdən ayrılmışdır. Həmin vaxt orada olan şəxsləri bıçaqla hədələməmişdir. Həmin vaxt onları təhqir etməmişdir. Dediklərini hadisə yerində olan Şahid da təsdiq edə bilər. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəxs həmkəndlisidir. Onun ferması ilə Şəxs məxsus fermanın yerləşdiyi torpaq sahəsi təxminən 1 km məsafədə yerləşir. Şəxs məxsus fermada gedən yolun zəbt edilməsini, bunun üçün də Şəxs müətmadi olaraq yuxarı oqranlara şikayət xarakterli müraciət etdiyini, müraciəti əsasında dəfələrlə mübahisəli əraziyə yoxlama komissiyasının gəlməsini bilsə də, lakin 22 may 2023-cü il tarixdə Şəxs ilə torpaq sahəsinə gələn komissiya üzvləri arasında hər hansı mübahisənin olduğunu görməmiş, həmin vaxt hadisə yerində olmamışdır. Cinayət işi başllanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin Boradigah PB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən 10 iyul 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs əməli, protokolu tərtib etmiş şəxin izahatı, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində 1 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır.; inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar