Məhkəmə qərarları › İş №3(050)-1069/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1069/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1069/2023 25.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Qodman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmala yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 10 iyul 2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Masallı rayonu, Qəriblər kəndində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı ** FO *** dövlət nömrə nişanlı avtomaşının qapısına təpikıə vuraraq Vaqif Mehrəliyevə 100 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yaşadığı Masallı rayonu, Qəriblər kəndində kənd camaatının “Mercedes-Benz” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən şəxsin kiminsə evinə gəlibgetməsi haqqında danışmasını eşitmişdir. 25.05 2023-cü il tarixdə, saat 20 radələrində işdən evə gələndə kənd yolunda “Mercedes-Benz” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomaşının hərəkət etməsini görüb həmin avtomaşını idarə edən şəxsin kim olmasını və hansı məqsədlə kəndə gəlməsini öyrənmək üçün əli ilə saxla işarəsini edib qarşısını kəsmişdir. Bu zaman həmin avtomaşını idarə edən şəxs sonradan adını bildiyi avtomaşından Zərərçəkmiş şəxs aşağı enmişdir. O, Zərərçəkmiş şəxs kəndə kimin evinə gəlib-getməsini soruşmuşdur. Vasif ona bildirmişdir ki, sübut et ki, mən kimin evinə hansı məqsədlə gedirəm. Bu zaman onların aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Vasif avtomaşının mühərrikini işə salıb oradan uzaqlaşmaq istəmişdir O, da Vasifin idarə etdiyi avtomaşının qabaq sağ qapısına təpik vurmuşdur. Sonda Şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu, Qəriblər kəndində yaşayan Rafiq Hüseyinov onun dostudur. O, 2 ildir ki, Rafiqin yaşadığı evə gəlibgetmişdir. “Mercedes-Benz” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomaşın etibarnamə ilə ona məxsusdur. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Mercedes- Benz” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomaşınla Rafiqin tapşırdığı ot biçən avtomaşına aid ehtiyat hissələri alıb Rafiqin iş yerinə gedərkən Masallı rayonu, Qəriblər kəndində Rafiqin arvadı Vəsiləni əlində yüklə yol kənarı ilə getməsini görmüşdür. O, idarə etdiyi avtomaşını saxlayıb Vəsiləni avtomaşına sərnişin kimi götürmüşdür. O, Vəsiləni evlərində qoyub qayıdanda tanımadığı şəxs heç bır əsaslı səbəb olmadan idarə etdiyi avtomaşının qarşısını kəsmişdir. O, idarə etdiyi avtomaşını saxlayıb avtomaşından aşağı enmişdir. Həmin şəxs ucadan hay-küy salıb ondan kimi gətirməsini soruşmuşdur. O, da həmin şəxsə Rafiqin arvadı Vəsiləni gətirməsini demişdir. Həmin vaxt adını sonradan bildiyi Almas adlı şəxs ondan soruşmuşdur ki, Rafiqin xəbəri var. O, Almasın yanında Rafiqə zəng edib bildirmişdir ki, Vəsiləni gətirdim, ot biçən avtomaşının ehtiyat hissələrini ona verdim. Bu zaman Almas onu küçədə təhqir etmişdir. O, Almasdan səsini çıxartmamasını və asta danışmasını istəmişdir. Lakin Almas sakitləşməmişdir. O, avtomaşına əyləşib oradan kənarlaşmaq istəyəndə Almas avtomaşının qapısını möhkəm vurmuş, sonra da avtomaşının qapısına bir neçə dəfə təpik vurmuşdur. Həmin vaxt aralarında 10-15 dəqiqə mübahisə olmuş, orada tanımadığı iki nəfər şəxs olmuşdur. Sonda Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Şəxsla ilə barışmasını və ona vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdi, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Masallı rayonu, Qəriblər kəndində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı ** FO *** dövlət nömrə nişanlı avtomaşının qapısına təpik vuraraq Vaqif Mehrəliyevə 100 manat məbləğində maddi ziyan vurmuşdur. 26 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-yə verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Mercedes- Benz” markalı ** FO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş maddi ziyanın məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, Şəxs ilə barışmışam və mənə dəyən ziyan ödənilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomaşının qapısıın təpiklə əzməklə 100 manat maddi ziyan vurması və bununla da İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tərəflərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinməli, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, vurulmuş ziyanı tamamilə ödədiyindən və Zərərçəkmiş şəxs ilə barışdığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar