Məhkəmə qərarları › İş №3(050)-1077/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1077/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1077/2025 02.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə. X3 Masallı Rayon Polis X11 Polisi Bölməsinin rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 07 noyabr 2024-cu il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Masallı Rayon Polis X11 Polisi Bölməsinin rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş edilmiş 07 noyabr 2024-cu il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə yəni Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə. 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına. 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPX-nin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarı ilə 100 manat məbləğində cərimə edilmiş, lakin, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPX-nin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarı ona verilməmiş, o, qərar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokola məhkəmə iclasında baxıldığı zaman məlumatlı olmuşdur. Bundan sonra Atakişi Mahmudov qərarın ona verilməsi ilə bağlı Masallı Rayon Polis şöbəsinə müraciət etmiş və qərar poçt vasitəsi ilə ona göndərilmiş, qərarı xx.xx.2025-ci il tarixdə almışdır. Eləcə də polis şöbəsindən görüntülərin təqdim edilməsini xahiş və tələb etmişdir. Polis əməkdaşları görüntüləri ona təqdim edəcəklərini bildirsələr də, lakin həmin görüntülər bu günə kimi ona təqdim olunmamışdır. O, sözügedən qərarla razı deyildir. Belə ki o, işıqforun (svetoforun) qırmızı işığından keçməmiş, belə bir inzibati xəta törətməmişdir. Əgər işıqforun (svetoforum) qırmızı işığından keçmişdirsə, bununla bağlı sübutlar təqdim edilsin. Yəni, həmin işıqforun (svetoforun) qımızı işığından keçməsi ilə bağlı kamera görüntüləri təqdim olunmalıdır. Qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq cərimə edilmişdir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Masallı Rayon Polis Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, inzibati xəta hadisəsini özündə əks etdirən sübutların tələb olunmasına baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirərək hesab edir ki, Masallı Rayon Polis X11 Polisi Bölməsinin rəisi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 noyabr 2024-cu il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə 14:24-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində “VAZ 21060” minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işığı verilərkən hərəkətini davam etdirməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Masalı RPŞ-nin X4 ünvanladığı müraciətə cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin rəisinin iştirakı ilə etdiyi yol hərəkət qayda pozuntusunun video görüntü diskinə baxış keçirilmiş, fakt təsdiqini tapdığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 mant miqdarında cərimə edilməsi ilə bağlı qərarın qəbul edilməsi, həmin qərarın X4 göndərilməsi barədə məlumatlar qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(050)-425/2025 saylı qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən (həmin materialın araşdırılması zamanı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cərimə qərarının barəsində inzibati protokol tərtib edilmiş şəxsə çatdırılması iş materialları ilə təsdiq edilməməsi səbəbindən) xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcələnin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcələnin 124.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcələnin 124.4-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Qanunvericiliyin qeyd edilən normaları həqiqətdə inzibati xəta törətməsi ilə günahlandırılan şəxsin yerində tanış olmasını, protokoldan narazı olduğu halda, protokolda qeydlərini aparmasını və nəticədə mübahisəli protokol olduğundan həmin protokola baxılarkən vətəndaşın protokol əsasında qərar qəbul edildiyi zaman onun iştirakı ilə törətməsi iddia edilən xətanın əlamətlərinin müzakirəsini nəzərdə tutmuşdur. Lakin, hazırki vəziyyətdə görünür ki, vətəndaşa törətdiyi xəta ilə bağlı sübutlar təqdim edilmədən yalnız qəbul edilmiş qərarın İXP ******* nömrəli protokolun əsasında qəbul olunması ilə bağlı qeydlər aparılmış, tarixi və nömrəsi olan, lakin məzmunu məlum olmayan protokol vətəndaşla müzakirə edilmədən tərtib edilmişdir. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, YPX əməkdaşı onu saxlayaraq sfetoforun qadağanedici işığında hərəkət etməsi ilə bağlı ona məlumat vermiş, o, polis əməkdaşı ilə razılaşmayaraq qaydanı pozmadığını bildirmişdir. Həmin vaxt orada protokol tərtib edilməmiş, sonradan isə polis şöbəsinə çağrılmamışdır. Ona ümumiyyətlə qərarın surəti göndərilməmişdir. Məhkəmə vətəndaşların dediklərinin həqiqətə uyğun olmasını aşağıda qeyd edilənlərlə də əlaqələndirir: Belə ki, Masalı RPŞ-nin rəisi tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin rəisinin iştirakı ilə vətəndaşın etdiyi yol hərəkət qayda pozuntusunun video görüntü diskinə baxış keçirilmiş, fakt təsdiqini tapdığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 mant miqdarında cərimə edilmişdir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, sözü gedən şikayət məhkəmənin icraatına daxil olduqdan sonra şikayətin baxılmağa hazırlanması zamanı 24 aprel 2025-ci il tarixdə qəbul edilmiş mübahisəli qərarın hansı əsasla çıxarılması ilə bağlı sübutların təqdim edilməsi üçün Masallı Rayon Polis şöbəsinə məktub ünvanlamış, lakin Polis şöbəsindən qərarın qanuniliyini əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Polis şöbəsi tərəfindən 07 aprel 2025-ci il tarixdə vətəndaşa ünvanladığı məktubda inzibati xətanın törədilməsini əks etdirən video görüntülərin olduğunun bildirilməsi, həmin vaxtdan qısa müddət keçdikdən sonra həmin görüntülərin olmaması ilə bağlı məhkəməyə məlumat verilməsi həmin görüntülərin mövcudluğu ilə bağlı şübhəli vəziyyət yaratmışdır. Məhkəmə belə hesab edir ki, həmin görüntülər böyük ehtimal mövcud olmamışdır. Əks halda həmin görüntülərin məhkəməyə təqdim edilməsi təmin edilərdi. Göründüyü kimi, vətəndaş inzibati xətanı törətməməsi ilə bağlı etirazını bildirsə də, inzibati xətanın aşkar edildiyi vaxt inzibati xətanın törədilməsini əks etdirən protokol kağız daşıyıcıda tərtib edilərək vətəndaşa təqdim edilməmişdir. Yaranmış mənzərə onu göstərir ki, Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən heç bir sübuta əsaslanmadan vətəndaş X3 əməlində inzibati xəta tərkibinin əlamətləri olması qənaətinə gəlinərək qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 135.1.5-1 ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduqda işə baxan səlahiyyətli şəxs Məcəllənin 134.1.3-cü maddəsini rəhbər tutaraq qərarı ləğv etməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verməlidir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1-maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində olan 07 noyabr 2024-cu il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar