Məhkəmə qərarları › İş №3(050)-1078/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1078/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1078/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 azyaşlı uşağı olan, orta təhsilli, qəssab işləyən, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Dadaşlı X4 Rayon Məhkəməsinin 16(050)-35/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Masallı Rayon Məhkəməsinin 16(050)- 35/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli icra sənədinə əsasən 18 iyul 2023-cü il təvəllüdlü X5 və 11 sentyabr 2024-cü il təvəllüdlü X7 ataları Şəxs alınaraq anaları Zərərçəkmiş şəxs verilməli və Şəxs uşaqları anasından məcburi alınmasından ibarət hərəkətlərinə qadağan qoyulmuşdur. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 14 aprel 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. İcra sənədi müvəqqəti təminat tədbiri oluduğundan dərhal icra olunmalıdır. Tərəfindən borclunun əlaqə nömrəsinə 14 aprel 2025-ci il tarixdə sms bildiriş göndərilimiş, 17 aprel 2025-ci il tarixə şöbəyə çağırılmış, lakin borclu həmin tarixdə şöbəyə gəlməmişdir. İcra sənədinin dərhal icra olunması üçün borclunun barəsində axtarış qərarı qəbul etmiş və borclu Dadaşlı X4 rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 24 aprel 2025-ci il tarixdə şöbəyə gətirilmişdir. Borcluya hüquq və vəzifələrini izah edərək, icra sənədi ilə bağlı məlumat verilmiş, lakin borclu icra sənədində qeyd olunmuş tələbi icra etməyəcəyini bildirmiş, belə olan halda, borclunun izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə tərəfindən verilmiş vaxt ərzində borclu uşaqları könüllü olaraq tələbkara təhvil verdiyindən borclu icra sənədindəki tələbi icra etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, bir körpə və bir azyaşlı uşağı vardır. Ataları uşaqları ondan alıb vermək istəmir. Buna görə də, məhkəməyə müvəqqəti təminat tədbiri ilə bağlı müraciət etmişdir. Uşaqların ona verilməsini istəyir, uşaqlar körpə olduğundan onun yanında qalmalıdır. Məhkəmə tərəfindən verilmiş vaxt ərzində borclu uşaqları könüllü olaraq ona təhvil vermişdir və buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, çağırış məktubu ona gəlməmiş, həmçinin müvəqqəti təminat tədbiri ilə bağlı hər-hansı məlumatı olmamışdır. Masallı rayon İcra və probasiya şöbəsindən ona sms bildiriş gəlmiş, lakin şöbəyə getməmişdir. Körpə uşaqları analarına vermək istəmir. Lakin inzibati məsuliyyətə cəlb olunmaması üçün uşaqları məhkəməyə gətirərək analarına təhvil verəcəkdir. Məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində uşaqları könüllü olaraq anasına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 16(050)-35/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 18 iyul 2023-cü il təvəllüdlü X5 və 11 sentyabr 2024-cü il təvəllüdlü X7 ataları Şəxs alınaraq anaları Zərərçəkmiş şəxs verilməlidir və Şəxs uşaqları anasından məcburi alınmasından ibarət hərəkətlərinə qadağan qoyulmuşdur. - Masallı rayon İcra və probasiya şöbəsinin 14 aprel 2025-ci il tarixli qərarından görünür ki, Masallı rayon Məhkəməsinin 16(050)-35/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli icra sənədinin icrasına başlanılmış, borclu Şəxs dərhal icranı könüllü təmin etməsi təklif edilmiş və poçt vasitəsi ilə onun qeydiyyatda olduğu ünvanına göndərilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş borclunun axtarışı haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, xx xxxx 2000-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx xxxx 2000-ci il təvəllüdlü Şəxs şöbəyə təhvil verildiyi üçün onun barəsində olan axtarış işinə xitam verilmişdir. - Şəxs 24 aprel 2025-ci il tarixli izahatının surətindən görünür ki, məhkəmənin müvəqqəti təminat tədbiri ilə bağlı məlumatı olmamışdır. Körpə uşaqları 18 iyul 2023-cü il təvəllüdlü X5 və 11 sentyabr 2024-cü il təvəllüdlü X3 analarına vermək istəmir. İcra sənədinin icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanı törətməsi onun özünün, yekun nəticəyə gəlməyə imkan verən icra məmurunun və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, inzibati işin materiallarında və iş üçün mühüm əhəmiyyət kəsb edən icra işində olan digər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası İXM-nin 8ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra sənədini icra edərək 18 iyul 2023-cü il təvəllüdlü X2 və 11 sentyabr 2024-cü il təvəllüdlü X3 anaları Zərərçəkmiş şəxs vermişdir. Bununla bağlı tələbkar ərizə ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar