Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1079/2023 26.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlunun (xx.xx.1949-cu ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, İsi kəndində yaşayan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlu xx.xx.2022-ci il tarixdə, saat 08:36 radələrində Masallı şəhəri H.Əliyev prospektində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunu qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş elektron protokoldan görünür ki, Masallı rayon İsi kəndi sakini Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlu xx.xx.2022-ci il tarixdə, saat 08:36 radələrində X3 markalı, ** BG *** qeydiyyat nömrəli avtomobillər Masallı şəhəri H.Əliyev prospektində hərəkət edərkən əsk istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozulmasına görə 60 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayon İsi kəndi sakini Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlu xx.xx.2023-cü il tarixdə, saat 08:14 radələrində Masallı şəhəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozmuşdur. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlu 21 mart 2023-cü il tarixdə Miokard infarkt səbəbindən Masallı şəhərində ölmüşdür. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 145.1.2. maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Məhkəmə iclasında müəyyən olunur ki, inzibati xəta hadisəsi törədən şəxs Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlu 21 mart 2023-cü il tarixdə ölmüşdür. Belə olan halda xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta hadisəsi törətmiş ola bilməz. Odur ki, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolunun icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Əhədli (Əhmədli) Nurəddin Xanverdi oğlunun barəsində tərtib olunmuş Masallı Rayon Polis Şöbəsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolunun icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1079/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1079/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver