Məhkəmə qərarları › İş №3(050)-1079/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1079/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1079/2025 02.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qıznın sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 izahatında göstərdi ki, Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən Svetoforun qırmızı işığında keçmək əsası ilə 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar əsassız və qanunsuz qəbul edilmişdir. O yol hərəkəti qaydasını pozmamışdır. Göstərilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “VAZ 21063 ” minik markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD-yə keçirilmiş baxış zamanı “VAZ 21063” minik markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi,” YPX əməkdaşı tərəfindən saxlanılarkən, X1 tərəfdən düşərək, YPX əməkdaşı ilə söhbət etməsi, sonda isə YPX əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunması müəyyən edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, CD-yə baxış keçirib iş materiallarını araşdıraraq, aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə “VAZ 21063” minik markalı, ** BG *** dövlət qeydiyyat dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə və nəqliyyat vasitəsini “yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsinə görə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 339.1-1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM–nin 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edlmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD-yə keçirilmiş baxış zamanı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə “VAZ 21063” minik markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarının pozulması və YPX əməkdaşı tərəfindən saxlanılması təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Masallı Rayon Polis X7 xidmətinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar