Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1081/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, himayəsində 3 nəfər azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan; Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 20 aprel 2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında mübahisə edərkən əlindəki dəmir parçası ilə evinin plastik pəncərəsini qəsdən sındırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Ağayev X2 rayonu, Sübhan Həsənov küçəsində onunla qonşuluqda yaşayır. Bəylər mütəmadi o və qızı Şanayla mübahisə yaradır. xx.xx.2024-cü il tarixdə Bəylə Ağayev yenə də o və qızı Şanayla mübahisə etmişdir. Bu zaman yaşadığı fərdi yaşayış evinin iki pəncərəsini sındırmışdır. Hazırda o, Şəxslə barışmır, ona dəymiş ziyanı tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ağır tənbeh tədbiri seçilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Aralarında mütəmadi olaraq mübahisə olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs və qızı Şanay müxtəlif şəxsləri evlərinə gətirir, gecədən səhərədək səs-küy yaradırlar. Onun ailəsi və uşağı vardır. Ona görə də o dəfələrlə Nazxanım və qızından evlərinə müxtəlif şəxslərin gətirilmələrinə son qoymalarını tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə yenə də aralarında mübahisə baş vermiş, Nazxanım onun və ailəsinin ünvanına təhqiredici ifadələr işlətmişdir. O, da əsəbləşərək Nazxanımın yaşadığı evin pəncərəsini sındırmışdır. Əməlini etiraf edir. Zərərçəkmiş şəxslərlə barışmır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar verilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 20 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında mübahisə edərkən əlindəki dəmir parçası ilə evinin plastik pəncərəsini qəsdən sındırdığına görə Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Cəlal Əbülfəzli tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 16 aprel 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğu üçün, həmin şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ İTB-nin verilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində görünür ki, Masallı rayonu, İsgəndərli kəndində yerləşən X1 məxsus fərdi yaşayış evinin giriş qapısının sol tərəfindən 220 x 150 sm ölçüdə ağ rəngli plastik pəncərənin yekun bərpa dəyəri 200 manatdır. "xxxx" MMC-nin Qiymətləndirmə Xərclərinə dair Bildirişdən görünür ki, HK-1/835 iş nömrəsi üzrə xx.xx.2025-ci il tarixli bərpa dəyərinin hesablanması aparılmış qiymətləndirmənin dəyəri 50 manatdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli məhkəmə iclasında işdə iştirak edən şəxsin izahatı yanaşı, inzibati xəta haqqında protokol, 16 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 200 manat (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuni hesab edir. Zərərçəkmiş şəxs izah edilir ki, o, 200 manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş üzrə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə dəyəri 50 (əlli) manat olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs ona dəymiş 200 (iki yüz) manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə dəyəri 50 (əlli) manat olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1081/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1081/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver