Məhkəmə qərarları › İş №3(050)-1082/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1082/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1082/2025 25.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Lənkəran rayonu Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsi, ev 31-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Nəcib taksi fəaliyyəti ilə məşğul olur və həmişə onu taksisi ilə müxtəlif yerlərə aparmışdır. Nəcib əvvəllərdə ona çox nəlayiq sözlər demişdir. O, bununla bağlı bir neçə dəfə şikayət etmək istəmiş, lakin etməmişdir. Nəcib hətta ona mobil telefonla mesajlarda yazmışdır. xx.xx.2025-ci il tarixdə restoranların birində olduğu zaman Nəcibə zəng vuraraq gəlib onu taksisi ilə aparmasını bildirmişdir. Nəcib gəldikdən sonra yenidən taksidə ona nalayiq sözlər demiş, oda ona iradını bildirmişdir. Bundan sonra Nəcib onun boğazından tutmuşdur, oda Nəcibi itələməklə əli ilə üzundən vurmuşdur. Eləcədə Nəcib onun qolundan tutub sıxmışdır. O, Nəcibi döyməmişdir, çünki Nəcib kişi o, isə qadındır, onun Nəcibə gücü çatmazdı. Həmçinin Nəcib əl atıb onun telefonunu götürərək yerə vururaraq sındırmaqla ona ziyan vurmuşdur. Barışmır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Nuranəni əvvəllər tanımış, aralarında münasibətləri yaxşı olmuşdur. Yaşadığı kənddə olduğu zaman Nuranə ona zəng vuraraq gəlib onu aparmasını bildirmişdir. Oda Nuranədən pul verəcəyini soruşmuş Nuranədə ona verəcəyini bildirmişdir. Oda maşını ilə Gölüstü restoranına getmişdir. O, restorana getdiyi zaman Nuranənin oğlanla olduğunu görmüşdür. Nuranə həmin oğlanın yanında telefon vasitəsi ilə onu təhqir etmişdir. Nuranənin sözləri ona pis təsir etmişdir. O, Nuranəni vurmamış, onu boğmamışdır. Nuranə yüngül həyat tərzi keçirir, içki içir, siqaret çəkir. Aralarında mübahisə olmasına səbəb Nuranənin onunla birlikdə olan oğlanın yanında onu təhqir etməsi olmuşdur. Eləcədə onların içkili olduğunu görüb maşından düşmələrini bildirmişdir. Lakin Nuranə maşından düşməmişdir. Həmdə təhqir etməyə davam etmişdir. Oda həmin vaxt bir dəfə söyüş söymüşdür. Həmin vaxt Nuranə onu iki dəfə yumruqla vurmuşdur. Nuranəni bağışlayır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 218 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs yuxarı dodağın iç hissəsinin əzilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 06 aprel 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Simran Haxverdiyev tərəfindən 25 aprel 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar