Məhkəmə qərarları › İş №3(050)-1083/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1083/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1083/2025 25.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq, sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Nümayəndə məhkəmə iclasında bildirdi ki, Masallı rayonu Ərəb kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 11 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində idarə etdiyi Vaz 2107 markalı **-KU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olduğu vaxt avtomobildə sərnişin qismində olan Nuranə adlı şəxs tərəfindən döyüldüyünü göstərmişdir. Eyni zamanda Masallı rayonu Qarabağ küçəsi mənzil 31-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 11 radələrində taksi kimi sifariş verdiyi əvvəllər tanıdığı Masallı rayonu Ərəb kənd sakini Şəxs ona pul qarşılığında görüş və əxlaqsızlıq təklif etməklə onu öldürmək hədəsi ilə hədələyərək, döydüyünü göstərmişdir. Faktla bağlı Masallı RPŞ-nin İTB-də araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, Şəxs Zərərçəkmiş şəxs döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu Ərəb kəndində qeydiyyatda olmaqla yaşayır. O, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Masallı rayonu, Ərəb kəndi ərazisində yerləşən fərdi yaşayış evində olduğu vaxt əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” adlanan restorandan onu götürməsini xahiş etmişdir. Taksi xidməti olaraq 10 manat alacağını Nuranə ilə aralarında razılığa gəlmişlər. Özünə məxsus olan avtomobili ilə Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən Gölüstü adlanan restoranın qarşısına gedərək, orada Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək, gəldiyini bildirmişdir. Həmin vaxt Nuranə telefonda onunla mübahisə etmişdir. Zərərçəkmiş şəxs ona məxsus olan avtomobilinə yaxınlaşaraq iki nəfər şəxslə birlikdə əyləşərək, onunla mübahisə etmişdir. Aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq ilə onun sifət nahiyəsinə iki dəfə qəsdən vurmuşdur. Həmin vaxt o, avtomobilini saxlayaraq Zərərçəkmiş şəxs avtomobildən düşməsini tələb etmiş, onun düşmədiyini görüb əsəbləşmiş, qolundan tutaraq maşından düşürtməyə cəhd etmişdir. Lakin istəyinə nail olmamışdır. Nuranə rayon ərazisinə getmək istədiklərini ona bildirmişdir. Həmin vaxt onlar idarə etdiyi avtomobili ilə Masallı Rayon polis şöbəsinə gəlmiş və şikayətlərini etmişlər. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Şəxs zəng vurmuş, Masallı rayonun Qəriblər kənd istiqamətində Gölüstü restoranında bir nəfər şəxslə olduğunu və 10 manat pul qarşılığında onları ünvanlarına çatdırmalarını istəmişdir. Şəxs onunla razılaşmış və maşınla arxasınca gəlmiş, maşınını onlara uyğun olmayan yerdə saxlamışdır. Ona görə də telefon vasitəsilə Nəcibə zəng etmiş, aralarında olan həmişə etdiyi zarafatla müraciət etmişdir. Özü də gözləmədən Nəcib bu zarafatına aqressiv reaksiya göstərmişdir. Həmin vaxt Şəxs onun Vüqar adlı oğlan ilə olduğunu bilmiş və ona “bəs deyirdin mən başqa kişilərlə görüşmürəm” ifadəsini işlətmişdir. Aralarında mübahisə yaranmış, Nəcib ona qarşı ağır söyüş ifadəsi işlətmiş, onun boyun və boğaz nahiyəsindən tutaraq, xəsarətlər yetirmişdir. Mübahisə zamanı Şəxs özündən uzaqlaşdırmaq üçün itələmişdir. Bundan başqa aralarında baş verən mübahisə zaman Şəxs ona məxsus telefonu sındıraraq, 200 manat məbləğində ziyan vurmuşdur. Hazırda Şəxslə barışmamış, ona dəymiş ziyanı tələb edir. Lakin onun tutulmasını istəmir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cinayət işinin rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X1 X2 məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli, 220 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyun və sağ said nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə sıxılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 06 aprel 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolunun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar