Məhkəmə qərarları › İş №3(050)-1086/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1086/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1086/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxx 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 23 iyul 2023-cü il tarixdə saat 12:13 radələrində “CHEVROLET CRUZE” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayon ərazisində idarə edərkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Azərbaycan Respublikası DİN-in Masallı DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və barəsində 07 iyul 2023-cü il tarixli, AP ******* saylı protokol tərtib edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, 23 iyul 2023-cü il tarixdə saat 12:13 radələrində “CHEVROLET CRUZE” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayon Ərazisində idarə edərkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun avtomaşını sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmiş, alkotestlə yoxlanıldıqdan sonra onda yüngül dərəcəli alkoqol sərxoşluğu təsdiq olunmuşdur. İşdə olan 07 iyul 2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR- AZ817 ACE Z-Series markalı alkotestin İN:642705 saylı (protokollaşdırma 01914) çıxarışından görünür ki, Şəxs yoxlama zamanı 0,418 faiz sərxoşluq müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli inzibati xəta haqqında protokol, 07 iyul 2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR-AZ817 ACE Z-Series markalı alkotestin İN:642705 saylı (protokollaşdırma 01914) çıxarış və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs töyrətdiyi inzibati xətanın xarakterini, onun təqsirlik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan qaydada müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs (07 iyul 2023-cü il tarixli, AP0212913 saylı protokol üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədlik edən:Habil Bəhmənov MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Masallı Rayon Məhkəməsi İş № 3(050)-1086/2023 28 iyul 2023-cü il Masallı şəhəri Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Cavid İbrahim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-09 iyul 1978-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.Vidadi küçəsi ev 17də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxılır. İclas saat 15:15-də açıldı. Hakim məhkəmə iclasını açır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə inzibati binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş Masallı RPŞ-nin əməkdaşlarından heç kim məhkəmə iclasına gəlməmişlər. Hakim inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Məhkəmə iclası saat 15:25 dəqiqədə bağlı elan olunur. Protokol 28 iyul 2023-cü il tarixdə tərtib olundu Sədrlik edən: Katib: Azərbaycan Respublikasının Masallı Rayon Məhkəməsi indeksi Аz 4400 Masallı şəhəri, Heydər Əliyev prospekti № 93 on: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan № 3(050)-1086/2023 28 iyul 2023-cü il Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı cənab Azay Ağayevə Ünvan: Masallı şəhəri Surəti: Şəxs Ünvan: ünvan 1 Masallı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 3(050)-1086/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. qoşma: 01 vərəqə qərar Hakim: Habil Bəhmənov Azərbaycan Respublikasının Masallı Rayon Məhkəməsi indeksi Аz 4400 Masallı şəhəri, Heydər Əliyev prospekti № 93 on: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan № 3(050)-1086/2023 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Ağcabədi 6 saylı RQİ TBŞ-nə Ünvan: Ağcabədi şəhəri Masallı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 3(050)-1086/2023 saylı qərarının surəti BDYP-nin X1 yerləşdirilməklə icra edilməsi üçün Sizə göndərilir. qoşma: qərarın surəti 01 vərəq. (Şəxs məxsus AE seriyalı 904311 saylı sürücülük vəsiqəsi qərara əlavə olunur). Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar