Məhkəmə qərarları › İş №3(050)-1090/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1090/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1090/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X4, Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Retro Car» obyektinin sahibi X2 iştirakları ilə, Masallı şəhəri, H.Əliyev prospektində yeləşən «Retro Car» obyektinin sahibi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 05 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, 05 iyul 2023-cü il tarixdə saat 11:09-da Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «Retro Car» obyektinin fərdi sahibkarı X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətinin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Retro Car» obyektinin sahibi X5 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Retro Car» obyektinin sahibi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qeyd edilən obyektdən qazanc əldə edə bilmir və yay aylarında işləmir. Odur ki, obyektə dair reklam müaviləsi bağlamamışdır. Qeyd edilənlərin nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, X5 ilə agentlik arasında müvafiq reklam yayımı barədə müqavilə bağlanılmadan o, reklamları qanunsuz yayımlamışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan 000241 nömrəli “yazılı göstərişin”dən görünür ki, X3 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan 31 may 2023-cü il tarixli, 000241 nömrəli aktın surətindən görünür ki, «Retro Car» obyektinin sahibi tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X8 İdarəsinin müfəttişləri və «Retro Car» obyektinin sahibi X2 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 05 iyul 2023-cü il tarixli, 01 nömrəli baxış aktının surətindən görünür ki, X8 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X1, X6 və fərdi sahibkar X2 iştirakları ilə 31 may 2023-cü il tarixli, 000241 nömrəli akt və icrası məcburi göstərişin icrasının vaxtı 06 iyun 2023-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 05 iyul 2023-cü il tarixli "İmtina aktı"nın surətindən görünür ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən «Retro Car» obyektində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" sahibkar X5 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X5 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Retro Car» obyektinin sahibi X5 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Retro Car» obyektinin sahibi X2 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Retro Car» obyektinin sahibi X2 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Retro Car» obyektinin sahibi X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Masallı şəhəri, H.Əliyev prospektində yerləşən «Retro Car» obyektinin sahibi X5 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar