Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1091/2023 11.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nümayəndə1 iştirakı ilə. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş Nümayəndə2 işitrakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Masallı rayonu, Dadva massivində yerləşən zibil qəbulu poliqonunda tullantıların yanması baş vermişdir. Nəticədə Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 12 iyul 2023-cü il tarixli, 80703 saylı aktla təsdiq olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş Nümayəndə2 izahatında göstərmişdir ki, Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Masallı şəhəri, Dadva massivində yerləşən zibil qəbulu poliqonunda 12 iyul 2023-cü il tarixində tullantıların yanması baş vermiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmin ərazidə araşdırma aparılmışdır. Araşdrımanın nəticəsi olaraq Masallı rayonun Dadva massivində yerləşən MKTİB-nin zibil poliqonunda qanunamüvafiq qaydada 12 iyul 2023cü tarixli 80703 nömrəli akt və MN ******* saylı protokol tərtib edilmişdir. Sonda Nümayəndə2 Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi barəsində qanuna müvafiqqərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nümayəndə1 izahatında göstərdi ki, Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Masallı rayonu, Dadva massivində yerləşən zibil qəbulu poliqonunda zibil tullantılarının yanmasına səbəb iaşə obyektlərindən hansınınsa kömür tam sönməmiş vəziyyətdə zibil yeşiyinə atması və həmin sönməmiş kömürün digər tullantı məhsulları ilə birlikdə poliqona daşınması olmuşdur. Baş vermiş hadisədə Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin hər hansı bir əməkdaşının təqsiri yoxdur. Baş vermiş hadisənin aradan qaldırılması üçün dərhal zəruri tədbirlər görülmüşdür. Sonda Nümayəndə1 əməldə inzibati xəta tərkibinin olmamasını nəzərə alıb inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahi etdi. İşə əlavə olunmuş 12 iyul 2023-cü il tarixl 80703 saylı aktdan görünür ki, 06 iyul 2023-cü il tarixli, 00148 saylı sərəncama əsasən Masallı rayonu ərazisində yerləşən Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Masallı şəhəri, Dadva massivində yerləşən zibil qəbulu poliqonunda MKTİB-in rəisi Nümayəndə1 iştirakı ilə araşdrıma aparılmışdır. Aparılmış araşdrımanın nəticəsində MKTİB-in rəisi Nümayəndə1 aktı imza etməkdən imtina edərək yanğının əlvan metal qəbulu ilə məşğul olan tanımadığı şəxs tərəfindən yandırıldığını və həmin şəxsin tapılmasından ötrü Masallı Rayon Polis şöbəsinə müraciət ediləcəyini bildirmişdir. 12 iyul 2023-cü il tarixl 80703 saylı akta əsasən 12 iyul 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1. və 18.2.-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5.-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin dispozisiyasına görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Qeyd olunmalıdır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi şəxsin səlahiyyətli vəzifəli şəxsi və ya işçisi hüquqi şəxsin xeyrinə inzibati xəta hərəkəti törətməlidir. 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi poliqonda yanğının baş verməsini ətraf mühitə ziyan dəyməsini qeyd etsə də, tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar ilə Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin vəzifəli şəxslərinin və ya işçilərinin müəssisənin maraqlarının qorunması mənafeyi və ya xeyri üçün inzibati xəta törətməsi müəyyən olunmur. Baş vermiş hadisədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri müəyyən edilmir. Bu isə inzibati xəta tərkibinin olmasını istisna edir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2.-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata xitam verilir. Beləliklə məhkəmə inzibati xəta haqqında iş materiallarını tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, hüquqi şəxs Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin inzibati xəta törətməsi barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda Azərbaycan Respublikası İXM-in 271.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmadığı üçün həmin Məcəllənin 53.0.və 53.0.2.ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat başlanması qanunsuz olmuş, bu səbəblə də başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Masallı Rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibatii xəta haqqında material üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərar təqdim edildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1091/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1091/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver