Məhkəmə qərarları › İş №3(050)-1092/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1092/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1092/2023 08.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, şikayətçı X2 nümayəndəsi Nümayəndə1, qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Xırmandalı kəndində dükan işlədir. Dükanında həm soyuducu, həmdə kondisioner olduğundan dükanın temperaturu tam olaraq qidaların saxlanılmasına uyğundur. X8 işçiləri gəlib mağazasında heç bir nöqsan tapa bilmədiklərindən ona demişlər ki, “sənə yüngül cərimə yazarıq onu ödəyərsən”. O, bildirmişdir ki, heç bir pozuntu olmadığı halda niyə cərimə yazırsınız? Sonradan ona qərar gəldikdə bilmişdir ki, Qida Təhlükəsizliyinin işçiləri onun mağazasında guya məhsulların temperatur rejimini pozmuşdur Halbu ki, bunu təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Qida Təhlükəsizliyninin əməkdaşları hansı mütəxəsis rəyi əsasında və ya hansı ekspert rəyi əsasında müəyyən etmişlər ki, mağazanın temperatur rejimi pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçı X2 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Firuzə Fətullayevaya məxsus mağazanı işlədir, mağazadə əsasən qida və ərazaq məhsullarının satışını həyata keçirir. X9 şikayəti əsasında Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin əməkdaşları işlədiyi mağazaya gələrək növbədənkənar yoxlama keçirilməsini bildirmiş, yoxlamanın sonunda həmin orqan tərəfindən qəbul edilmiş qərarda mağazada temperatur rejiminin pozulması faktının aşkar edilməsi göstərilsə də, bu əsassızdır və bu faktı təsdiq edən heç bir əsaslı sübut yoxdur. Belə ki, işlədiyi mağazada həm soyuducu, həmdə kondisioner mövcuddur və temperatur rejimi hava şəraitinə, həmçinin hava məhsulların normal temperaturda saxılamasına uyğun olaraq tənzimlənmişdir. Buna baxmayaraq inzibati tənbeh haqqında qərarla 600 manat məbləğində cərimə edilmişdir. Sonda Nümayəndə1 şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 şikayəti qəbul etməyərək bildirdi ki, Azərbaycan Respublikası X6 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə vətəndaş X3 məxsus ünvan 1şı obyektində plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Belə ki, vətəndaş Saybəli Məmmədov tərəfindən Azərbaycan X6 elektron poçt ünvanına ünvan 1şı obyektində qida məhsullarının saxlama temperaturunun, mal qonşuluğunun pozulduğu bildirilmiş və qanunvericiliyə uyğun tədbirlər görülməsi xahiş edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Yoxlama Azərbaycan Respublikası X6 xx.xx.2023-cü il tarixli yoxlamanın aparılması haqqında LRBPK-23/062 nömrəli qərarına və Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231931195 nömrəli çıxarışına əsasən keçirilmişdir. Yoxlama keçirilməsi üçün əsas olan sənədlər sahibkara təqdim edilmiş və sahibkar sənədlərlə tanış olduqdan sonra yoxlamanın keçirilməsinə icazə vermişdir. Həmçinin, yoxlama prosesində texini vasitələrdən istifadə olunması ilə bağlı sahibkarın yazılı razılığı əldə edilmişdir. Yoxlamaya başlamazdan əvvəl sahibkara bütün hüquq və vəzifələri izah edilmişdir. Yoxlama zamanı marketdə bir sıra ərzaq məhsullarının saxlanma temperaturuna və mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkarlanmışdır. Belə ki, satış piştaxtalarında yerləşdirilən “Squşenko” əmtəə nişanlı qatılaşdırılmış süd məhsulu 10-25 C dərəcədə saxlanmalı olduğu halda 30 C dərəcədə saxlanması aşkarlanmışdır. Bundan əlavə “Anabala” əmtəə nişanlı yağ, “Blendo” əmtəə nişanlı tomat püresi, “Servelat əmtəə nişanlı kolbasa məhsullarının saxlanma temperaturlarına əməl edilməməsi aşkarlanmışdır. Bundan əlavə məhsulların mal qonşuluğu prinsiplərinə əməl edilmədiyi aşkarlanmışdır. Belə ki, yeyinti məhsulları ilə yuyucu vasitələrinin satış piştaxtalarında yanaşı yerləşdirilməsi faktı aşkarlanmışdır. Aşkarlanmış bütün nöqsanlar müəssisəsdə aparılan yoxlama zamanı tərtib edilmiş baxış aktında qeyd edilmişdir. Aşkarlanmış nöqsanlarla bağlı sahibkara İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərib edilmişdir. Sahibkara işə baxılmada iştirak etmək üçün inzibati xəta haqqında işlər üzrə və yoxlama materiallarına baxış üçün bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixdə X2 iştirakı ilə işə baxılmış və İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən sahibkarın 600 manat məğləğində cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. X4 tərəfindən verilmiş şikayət əsassız və həqiqətə uyğun deyil. Belə kı, şikayətdə qeyd olunur ki, guya marketdə soyuducu, konidisioner olub və temperatur rejiminə əməl olunub. Məhsulların temperatur rejimlərinin pozulması dövlət yoxlamasından keçmiş xüsusi termometrlə ölçülmüş, termometrin dövlət yoxlamasından keçməsi barədə sənəd və məhsulların temperatur rejimlərinin pozulması barədə fotoşəkillər əlavə olunmuşdur. Əlavə olaraq yoxlama prosesi “yaxa kamerası” yəni yoxlama zamanı texniki vasitələrdən istifadə olunması ilə bağlı sahibkarın yazılı razılığı əldə olunmuşdur. Əgər əməkdaşlar tərəfindn ona yüngül cərimə yazarıq sözləri işlədilmişdirsə, bunlar yaxa kamerası ilə qeydə alınmalıdır. Ancaq bu sözlər işlədilməmişdir. Sahibkarın iddiaları əsassızdır. Ümumiyyətlə inzibati pozuntunun növü və tətbiq olunmuş protokolun maddələri hansısa əməkdaşın istəyinə uyğun deyil, qanunvericiliyə uyğun müəyyən olunur. Əməkdaşlar da qanunvericiliyə uyğun yoxlama aparıblar. İşə baxılarkən Azərbaycan Qida Təhiükəsizliyi Agentliyinin vəzifəli şəxsi (Lənkəran-Astara regional bölmənin rəisi v.i.e) Xalid Ələkbərli humanist mövqe nümayiş etdirmiş və İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi lə sahibkara minimum cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Sahibkarın şikayət məktubunda qeyd olunanların böyük bir hissəsi onun obyektində keçirilən yoxlama ilə əlaqədar deyil. Təxminən 2-3 cümləlik hissə keçirilmiş yoxlamaya aiddir və həqiqəti əks etdirmir. Yoxlama zamanı tərtib olunmuş bütün sənədlər sahibkar tərəfindən imzlanmışdır. Əgər sahibkar ona tətbiq olunmuş inzibati xəta haqqında protokoldan narazı idisə, niyə tərtib olunmuş bütün sənədləri imzalayırdı? Sənədlər tərtib olunarkən sahibkara hüquq və vəzifələri izah edilmiş, tərtib olunmuş sənədlərə imza etmək və etməmək hüququnun olması izah edilmişdir. Sahibkar ən azından sənədlərə imza etməməklə aparılmış yoxlamaya etiraz edə bilərdi. Aparılmış yoxlamaya etiraz etməyib tərtib olunmuş sənədləri imzalayıbsa, deməli aşkarlanmış pozuntulara razılığını bildirmişdir. Sonda Nümayəndə2 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Nümayəndə3 eyni məzmunlu izahat verərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayət verən şəxsin nümayəndəsi və qərarından şikayət verilmiş orqanın nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir: Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, LRBPK-23/062 saylı yoxlamanın aparılması haqqında qərardan görünür ki, X3 məxsus Masallı rayonu, Xırmandalı kəndində yerləşən təsərrüfat obyektində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar yoxlamın aparılması qərara alınmışdır. 19 iyun 2023-cü il tarixli, KY231931195 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, aparılacaq plandankənar yoxlama Dövlət reyestrində qeydiyyata alınmış, yoxlama müddəti xx.xx.2023-xx.xx.2023cü il müəyyən edilmişdir. Qida obyektinə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, LRBPK-23/062 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X6 xx.xx.2023-cü il tarixli yoxlamanın aparılması haqqında LRBPK-23/062 nömrəli qərarına və Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231931195 nömrəli çıxarışına əsasən vətndaş müraciəti əsasında X3 məxsus mağazada plandankənar (növbədənkənar) yoxlama keçirilməsi barədə akt tərtib olunmuşdur. 22 iyun 2023-cü il tarixli, LRBPK-23/062 nömrəli yoxlama aktından görünür ki, X3 məxsus ərzaq mağazasında aparılan plandankənar yoxlama bir neçə qida məhsullarının temperatur göstəricilərinə əməl olunmaması, malların ticarət zalında saxlanılması tələbinə riyatə edilməməsi, mal qonşuluğu prinsiplərinə əməl olunmaması, mağazada çalışan işçi heyətinin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi, qida məhsullarının yerdən və divardan aralı məsafədən yığılmaması, qida obyektində əmələ gələn tullantılar üçün nəzərdə tutulan ağzı kip bağlanan, qoxu yaymayan zibil qablarının olmaması hallarında rast gəlinmişdir. 20 iyun 2023-cü il tarixli, seriya MN, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Masallı rayonu, Xırmandalı kəndində yerşələn X3 məxsus mağazada aparılan plandankənar yoxlama zamanı müxtəlif sayda və çeşiddə qida məhsullarının temperatur rejiminin pozulması, mal qonşuluğu prinsipinin pozulması, bəzi qida məhsullarının yerdən aralı məsafədə yığılmaması halları aşkar olunduğu üçün X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. 03 iyul 2023-cü il tarixli, seriya MN, ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinin tələblərini pozduğuna görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə tədqiqatı zamanı şikayət verən şəxsin nümayəndəsinin, qərarından şikayət verilən orqanın nümayəndələrinin izahatları, iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, X1 faəliyyəti ilə məşğul olduğu Masallı rayonu, Xırmandalı kəndində yerləşən mağazada Azərbaycan Respublikası X6 əməkdaşları tərəfindən aparılan yoxlama zamanı bir neçə qida məhsullarının temperatur göstəricilərinə əməl olunmaması, malların ticarət zalında saxlanılması tələbinə riayət edilməməsi, mal qonşuluğu prinsiplərinə əməl olunmaması, mağazada çalışan işçi heyətinin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi, qida məhsullarının yerdən və divardan aralı məsafədən yığılmaması, qida obyektində əmələ gələn tullantılar üçün nəzərdə tutulan ağzı kip bağlanan, qoxu yaymayan zibil qablarının olmaması halları aşkarlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görəfiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxrıda göstərilənlərə əsasən hesab edir ki, X2 xx.xx.2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi” barədə verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 xx.xx.2023-cü il tarixli, seriya MN, ******* saylı saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi” barədə verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar