Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1096/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Masallı şəhəri, D.Əbilova küçəsi, ev 27-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 iyun 2023-cü il tarixdə saat 15:30-da Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən Bank Respublikanın qarşısında durmuş Zərərçəkmiş şəxs yaxınlaşaraq onu yaşadığı ünvana aparmasını xahiş etmişdir. Həmin vaxt Zəki onu yaşadığı ünvana apara bilməyəcəyini bildirmişdir. Bu zaman onun Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmışdır. Lakin o, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs vurduğunu və Zərərçəkmiş şəxs məxsus avtomaşına hər hansı bir zərər yetirdiyini xatırlamır. Belə ki, o, həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur və bu səbəbdən həmin vaxt baş verənləri doğru düzgün xatırlamır. Zərərçəkmiş şəxs əvvəllər tanışımdır. Lakin onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən Bank Respublikanın qarşısında özünə məxsus “Hunday” markalı **-RM-*** dövlət qeydiyyatlı avtomobili saxlayaraq dərman almaq üçün həmin ərazidə yerləşən aptekə getmişdir. O, aptekə detdiyi zaman avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Aptekdən dərman alıb qayıtdığı zaman avtomobilinin qabaq sərnişin oturacağında adını sonradan bildiyi Vüsal adlı şəxsin oturduğunu görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq nə üçün ondan icazəsiz avtomobilinə əyləşdiyini soruşmuşdur. Bu zaman Vüsal ona qərəzli cavab verərək yaxşı etdiyini bildirib onu söyüb təhqir etmişdir. Bundan sonra Vüsal avtomobildən enib üzərinə gələrək əynində olan köynəyini cırmış, boğaz nahiyəsindən yapışaraq onun sifət və çənə nahiyəsinə yumruqla 3-4 dəfə vurmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxslər Vüsalı ondan ayırmışlar. Bundan sonra Vüsal orada olan stəkanı götürərək ona atmışdır. O, stəkan ona dəyməsin deyə əyilmiş və stəkan ona məxsus avtomobilin arxa işıqına dəyərək işıqı sındırmışdır. Daha sonra Vüsal adlı şəxs ona məxsus avtomobilin yük yerinin qapısına və sağ krelinə bir neçə dəfə yumruqla vurmuş və nəticədə avtomobilin yük yerinin qapısını və sağ krelini əzilmişdir. Daha sonra orada olan şəxslər Vüsalı tanımadığı şəxsin maşınına qoyaraq oradan uzaqlaşdırmışlar. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 579 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs baş sağ gicgah nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk tük əşyanın təsirindən törədilmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan 22 iyun 2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1096/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1096/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver