Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-11/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30 avqust 1985-ci ildə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yerləşən “X14” obiyektinin sahibi X4 açıq məkanda qanunsuz reklam yayımı etdiyindən barəsində 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X10 izahatında göstərmişdir ki, Masallı rayonu, Gəyəçöl kəndində yerləşən “X12” obiyektinin sahibi deyil. Həmin obiyekt başqa şəxsə məxsusdur. Həmin obiyektdə ondan başqa bir neçə avtomobil üçün təmir emalatxanası və ehtiyyat hissələrinin satışı mağazası vardır. Onun yerləşdirdiyi reklam lövhələri 1 metr kvadratdan azdır və o, plastik qapı-pəncərə sifarişi qəbul edir. O, bu barədə agentliyin nümayəndələrinə bildirsə də, buna əhəmiyyət verilməmişdir. Hazırda isə reklam idarəsi ilə həmin obiyektə olan reklam lövhələri ilə bağlı müqavilələr bağlamağa etirazı yoxdur. Bu səbəblə də inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Masallı rayonu, Masallı rayonu, Gəyəçöl kəndində yerləşən “X12” obiyektinin sahibi X10 açıq məkanda, yəni obiyektin fasadında qaununsuz reklam yayımı etmişdir. X6 mağazanın fasadında qaununsuz reklam yayımı etdiyinə görə 02 dekabr 2022-ci il tarixdə idarənin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. 02 dekabr 2022-ci il tarixdə tərtib olunmuş akt əsasında 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa həmin tarixdə mövcud qanunvericiliyin pozulmasına dair icrası məcbur olan 000783 nömrəli göstərişlə aktda qeyd olunan qanun pozuntusunun aradan qaldırılması tələb edilmişdir. Hazırda X1 Regional Reklam İdarəsi ilə müqavilə bağlamağa razıdır. Buna görə də tərtib olunmuş protokol əsasında X10 barəsində inzibati xəta haqqında işə qanuna müvafiq qaydada qərar verilməsini məhkəmədən xahiş etmişdir. İşə əlavə olunmuş fotoşəkildən görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yerləşən “X12” obiyektinin fasadında reklam lövhəsi yerləşdirilmişdir. İşə əlavə olunmuş 02 dekabr 2022-ci il tarixli, 000783 nömrəli “icrası məcburi göstərişin” surətindən görünür ki, X6 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İşə əlavə olunmuş 02 dekabr 2022-ci il tarixli, aktın surətindən görünür ki, “X14” obiyektinin asadında açıq məkanda reklam yayımlandığı üçün X9 İdarəsinin əməkdaşlarının iştirakları ilə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2.-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət X8 Regional Reklam İdarəsinin səlahiyyətli şəxslərinin X10 barədə gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda Azərbaycan Respublikası İXM-in 428.7.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyi üçün həmin Məcəllənin 53.2.-ci maddəsinə əsasən X10 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanması qanunsuz olmuş, bu səbəblə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, səlahiyyətli şəxslər reklam lövhəsinin məhz Pərvin Rəhimliyə aid olmasını müəyyən etməmişlər. İşə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, obyektə bir neçə fərqli xidmətlərlə bağlı reklamlar quraşdırılmışdır. “X14” reklamının Rərvin Rəhimliyə məxsus olması sübuta yetmir. Çünki o, plastik qapı-pəncərə ilə bağlı reklam qoyduğunu və həmin reklamın 1 kv.m-dən az olmasını bildirmişdir. Ona görə də qeyri-müəyyən hala görə onun inzbati məsuliyyətə cəlb olunması qanuna ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Fiziki şəxs X10 barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavasitə Şirvan Apelaysiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-11/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-11/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver