Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1106/2024 23.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 22 may 2024-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 23 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, Şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək ailə üzvləri və qonşularla mübahisələr yaradır. xx.xx.2024-cü il tarixdə Şəxs DİNnin “102” zəng mərkəzinə sosial yardım ala bilməməsi səbəbindən özünü yandıracağını bildirməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı polis əməkdaşları onun yaşadığı ünvana getmiş, Faiqin həyat yoldaşını küçədə söydüyünü və qonşuların səs-küyü eşidib küçəyə çıxdıqlarını görmüşlər. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, məhəl qoymayaraq nalayiq sözlər işlətməyə davam edərək polis əməkdaşlarının tələblərinə etiraz etmişdir. Biraz sonra polis əməkdaşları onu maşına oturmağa məcbur etdikdə o, maşına əyləşmiş və Masallı Rayon Polis şöbəsinə aparılmışdır. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, O, spirtli içki qəbul etdikdən sonra həyat yoldaşına zəng edərək bildirmişdir ki, evə gəlir, içkilidir, ona artıq sullar verməsin. O, evə çatdıqda həyat yoldaşı onu söyüdüyü üçün o da yoldaşı Ayseli uca səslə söyməyə başlamışdır. Bundan sonra əvvəlcə o, sonrada həyat yoldaşı Aysel DİN-nin “102” qaynar xətt əlaqə mərkəzinə zəng edərək öz şikayətlərini bildirmişlər. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həyat yoldaşının sudurğası tutduğu üçün ona qalxıb kömək etmişlər. Bundan başa o, həyətində və evinin altında yanğın hadisəsi törətmişdir. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət edən zaman polisin avtomobilinə əyləşməkdən imtina etmiş, törətmiş olduğu yanğının söndürülməsini istəmiş, onlar birlikdə yanğını söndürmüş, daha sonra razılaşaraq şöbəyə getmişdir. O, arvadını söysə də, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Azyaşlı uşaqlarının olması, dolanışıqlarının çətin olmasını və bir daha belə səhvə yol verməyəcəyinə söz verdiyini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin Boradigah PB-nin sahənin polis nəfəri Polis serjantı əməkdaşı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs DİN-nin “102” qaynar xətt əlaqə mərkəzinə sosial yardım ala bilməməsi səbəbindən özünü yandıracağını bildirməsi barədə məlumat daxil olmuşdur. Bununla ələqədar onun yaşadığı evə getmiş və küçədə həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətdiyini, bununla yanaşı yaşadığı evin 1-ci mərtəbəsində yanğın törətdiyini, evini yandırmaq istədiyini görmüşlər. Həmin vaxt yanğının söndürülməsi üçün tədbirlər görmüşlər. Onlar Faiqi söyüş söydüyü üçün nizam-intizama dəvət edərək polis şöbəsinə aparmaq istədikdə, Faiq evinin birinci mərtəbəsində və həyətində yanğın olduğunu bildirərək əvvəlcə onlara tabesizlik göstərmişdir. Daha sonra isə onlarla birlikdə müqavimət göstərmədən polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin əməkdaşı X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edərək sosial yardım ala bilməməsi səbəbindən özünü yandıracağını bildirməsi barədə məlumat verdiyindən polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmiş və küçədə həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətdiyini, qonşuların səsküyü eşidib küçəyə çıxdıqlarını görmüşdür. Bununla yanaşı yaşadığı evin 1-ci mərtəbəsində və həyətində yanğın törətdiyini müşahidə etmişlər. Həmin vaxt yanğının söndürülməsinə tədbirlər görmüşlər. Onlar Faiqi küçədə söyüş söydüyü üçün nizamintizama dəvət edərək polis şöbəsinə aparmaq istədikdə Faiq evinin birinci mərtəbəsində və həyətində yanğın olmasını bildirərək əvvəlcə onlara tabesizlik göstərsə də, sonaradan onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə iclasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, əri Faiqin onu incitdiyini, evlə birlikdə onu və uşaqlarını yandırmaq istədiyini və bu səbəbdən də şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 may 2024-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. İşdə olan Masallı Rayon Məhkəməsinin 3(050)-945/2024 tarixli, xx.xx.2024 saylı qərarından görünür ki, Şəxs bir dəfə bundan əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahidlərin hər ikisi Faiqin evinin həyətində və birinci mərtəbəsində yanğın baş verdiyini bildirmiş, onlar X7 dəvət etdikdə, Faiqin evinin birinci mərtəbəsində və həyətində yanğın olmasını bildirərək əvvəlcə onlara etiraz etsə də, sonaradan könüllü şəkildə onlarla birlikdə Polis Şöbəsinə gəlməsini qeyd etmişdilər. Məhkəmə belə vəziyyətdə Faqin əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir. Belə ki, o, evinin 1-ci mərtəbəsinin və həyətində yanğının olması, yanğını söndürmək istəməsi səbəbindən Polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları özləri də həyətdə yanğının olduğunu, şəxsən yanğının söndürülməsində iştirak etdiklərini, sonuncunun açıq şəkildə onların tələblərini icra etməkdən imtina etmədiyini izahatlarında qeyd etmişdilər. Göründüyü kimi, polis əməkdaşları ona avtomobilə əyləşməsini desələr də, sonradan yaranmış real vəziyyəti gördükdən sonra Şəxs başa düşmüşdülər. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs qonşuların eşidəcəyi tərzdə uca səslə ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında qonşuların eşidəcəyi tərzdə uca səslə nalayiq sözlər işlətdiyini etiraf etmiş, həmin vaxt onun evinə gəlmiş polis əməkdaşları da qeyd edilən hadisənin şahidi olduqlarını məhkəmədə izahat verərkən bildirmişdilər. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi əməlində məsuliyyətini ağırlaşdıran hal halı kimi nəzərə alır. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi edilməsini məqsədəuyğun və ədalətlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 22 may 2024-cü il tarixdən saat 23:30-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 22 may 2024-cü il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev.
Məhkəmə qərarları › İş №3(050)-1106/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1106/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver