Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1117/2025 06.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 19 aprel 2025-ci il tarixli, EQ 27438739 saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X2 məhkəməyə şikayətlə müraciət edərək barəsində tərtib edilmiş 19 aprel 2025-ci il tarixli, EQ 27438739 nömrəli protokol üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (050)-544/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Cərimə və dəbbə pulunu ödədikdən sonra onun vəsatətinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (050)-544/2025 nömrəli qərarı ilə xx.xx.2025-ci il tarixli qərara xitam verilmişdir. Lakin o, xx.xx.2025-ci tarixdə **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Şağlaser kəndi istiqamətində hərəkətdə olan zaman barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə, yəni İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati təbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdıırlmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilməsi barədə elektron qaydada qərar qəbul edilmişdir. Göründüyü kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair məhkəmənin xx.xx.2025-ci il tarixli, 3 (050)-544/2025 nömrəli qərarına xitam verilsə də, Azərbaycan Respublikası DİN-nin BDYPİ-i tərəfindən əsassız olaraq barəsində inzibati təbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclası zamanı şikayət vermiş şəxs X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-in BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə DİN-in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3 (050)-544/2025 saylı qərarından görünür ki, inzibati xəta törətmiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 3 (050)-544/2025 saylı qərarından görünür ki, inzibati xəta törətmiş şəxs X1 barəsində Masallı Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, 3(050)-544/2025 nömrəli qərarının icrasına xitam verilmiş və qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan 19 aprel 2025-ci il tarixli, EQ 27438739 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3 (050)-544/2025 saylı qərarına əsasən X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış, həmin məhkəmənin 02 aprel 2025-ci il tarixli qərarı ilə isə barəsində olan xx.xx.2025-ci il tarixli qərarın icrasına xitam verilmişdir. Lakin, buna baxmayaraq H.Ş.Əkbərov 19 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməli idi. Məhz bu səbəbdən də məhkəmə H.Ş.Əkbərov barəsində olan 19 aprel 2025-ci il tarixli, EQ 27438739 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir və belə nəticəyə gəlir ki, həmin qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-116, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 19 aprel 2025-ci il tarixli, EQ 27438739 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1117/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1117/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver