Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1126/2023 21.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Masallı rayonu, Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Böyük Kolatan kəndndə qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Böyük Kolatan kəndində X3 vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X11 məhkəmə iclasında göstərdi ki, Masallı rayon, Kolatan kəndində yaşayan X8 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, həmin tarixdə qonşuları Elşən, Bəhruz, Şahnaz və Nazilənin onu döyməsini göstərmişdir. Şəxs, X1 rayonu, Böyük Kolatan kənd sakinləridir və qonşuluqda yaşayırlar. xx.xx.2023-cü il tarixdə Şəxs və Anar Şahbazovun aralarında mübahisə baş vermişdir. Daha sonra tərəflər arasında baş verən mübahisə, münaqişəyə çevrilmiş və tərəflər bir-birlərini döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞnin İTB-yə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əmisi Ulduzun və ailə üzvüləri onun atasının həyətində bir həyətdə yaşayır və onların gəliş gediş yoluları eyni yerdədir. Təxminən 3 ildir ki, əmisi Ulduz və ailə üzvüləri ilə arasında mütəmadi olaraq mübahisə və münaqişələri var. O, anası Nazilədən və qardaşı Elşəndən təxminən 800 metr aralıda ailə üzvüləri ilə birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində anası ona zəng edib həyətinə polis gəldiyini və onlara gəlməsini istədiyini demişdir. O, da avtomaşınına minib arvadı Məxmirə Əkbərova ilə birlikdə anasının yanına getmişdir. O, həyətə girəndə polis əməkdaşlarını görmüş və niyə gəlmələrini soruşmuşdur. Polislər ona Ulduzun ailə üzüvüləri ilə anası Nazilənin ailə üzvülərinin dava etdiyini demiş və sonra polislər çıxıb getmişdilər. Həmin hadisədən 5 dəqiqə sonra o, arvadı Məxmirə ilə birlikdə avtomaşınına əyləşib getmək istəmişdir. Onlar getmək istəyən zaman Anar əlində buçaqla, Ulduz əlində dəmir xəkəndaz anasının Tofiqənin əlində isə kərpic parçası ilə onun avtomaşınının üzərinə gəlmişdir. Həmin zaman qardaşı Elşən və anası Nazilə onların qarşısına çıxmış və onun əlində olan bıçağı almışdır. Onlardan Anar ayrılıb onun üzərinə gəlmiş onunla dava etməyə başlamışdır. Həmin zaman Anarın atası Ulduz və anası Tofiqə də onunla və ailə üzvləri ilə dava etməyə başlamışlar. Həmin zaman onların səsinə qonşuları Aslan, Elməddin, Südabə və başqaları gəlib onları bir-birindən ayırmışdır. Baş vermiş hadisə zamanı bir-birilərindən qarşılıqlı şikayət etmişlər. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün təhqiqat dövründə verdiyi izahatı elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, 18 yaşı tamam olduğu üçün xx.xx.2022-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətini X2 sərhəd qoşunlarında keçirməyə başlamışdır. Doqquz ayı tamam olduğu üçün o, 10 günlük evə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində gəlib Masallı rayonu, Böyük Kolatan kəndinə çatmış və evdə dincəlməyə başlamışdır. xx.xx.2023- cü il tarixdə saat 19.30 radələrində evdə olmuşdur. Birdən ucadan kiminsə söyüş söydüyünü eşitmişdir. Elşənin evinin arxasında Elşənin onun atası Ulduzu və anası Tofiqəni söymüşdür. O, Elşənə niyə atası Ulduzu və anası Tofiqəni söyürsən demişdir. Həmin zaman Elşən və anası Nazilə onun üzərinə cumub onu döyməyə başlamışdır. Anası Tofiqə onun səsinə gəlmiş, ona kömək etməyə və ayırmağa başlamışdır. Onları ayırmış və evə polisə zəng edib şikayət etmişdir. Polislər onlara gəlib ərizə alıb çıxıb getmişdilər. Həmin hadisədən təxminən 1 saat keçmişdi ki, o, dükana evə ərzaq almağa getmişdir. Elşənin evinin qarşısından keçən zaman Elşən, arvadı Şahanə, qardaşı Bəhruz və anası Nazilə ona yaxınlaşaraq söyüb təhqir edib və onu döyməyə başlamışdılar. Onlar onu döyən zaman o, qışqırdığı üçün onun səsinə anası Tofiqə və atası Ulduz gəlib onu onların əlindən güçlə almışdılarr. Sonra yenə də polisə şikayət etmiş və polis şöbəsinə getmişdir. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/304 nömrəli və xx.xx.2023-cü il tarixli HK-1/312 nömrəli materiallar uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs və X4 Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməs üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X5 X13 563 saylı məhkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, X4 bədəni üzərində alın, sol gicgah, sağ yuxarı göz qapağı, burun, sağ yanaq, aşağı çənə və sağ və sol said nahiyəsinin sıyrıqları, sağ yuxarı göz qapağının və döş qəfəsininn ön hissəsinin qançırı müəyyən olundu, müəyyən olunn xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəi qərarda qeyd olunan 20 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 20 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 21 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kolatan kəndində X7 vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1126/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1126/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver