Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1127/2023 24.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-13 iyul 1997-ci ildə Cəlilabad şəhəri, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı rayonu, Səmidxan kənd ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, O, Masallı Rayon Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə Masallı rayon Polis şöbəsinə çağrılmış. Orada ona nə ilə bağlı Polis şöbəsinə dəvət olunması izah edilmişdir. Həmçinin, avtoxuliqanlıqla bağlı video görüntü ilə tanış olmuşdur. Hadisə ilə əlaqədar onu qeyd edir ki, ümumiyyətlə sözü gedən toy-kərvanında iştirak etməmiş və nömrəsiz idarə olunan avtomaşın ona məxsus deyil. O avtomaşının kimə məxsus olması barədə heçnə bilmir. Lakin həmin avtomaşının ona aid olmamasını əminliklə qeyd edə bilər.Bundan videogörüntütdə göstərilən toy həmkəndlisinin toyudur və o, həmin toyda gecə iştirak etmişdir.O, avtoxuliqanlıq etməmişdir. Hesab edir ki, inzibati materiala xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, xx.xx.2023cii il tarixdə saat 17:00-da Masallı rayonu, Səmidxan kəndi ərazisində, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektorları polis baş serjantı Ruslan Rəhimov və polis baş serjantı Pərviz Yusifli ilə birlikdə xidmət aparan zaman, toy karteji ilə hərəkətdə olan “VAZ 21074” markalı, heç bir dövlət qeydiyyat nömrə nişanlı olmayan avtomaşının sürücüsü, sağa-sola ziq-zaqvari hərəkətlər edərək yol hərəkəti qaydalarını davamlı olaraq müxtəlif üsullarla pozub əhalinin dincliyinə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək avtoxuliqanlıq hərəkətləri etməyə başlamışdır. Bu vaxt avtomaşını idarə edən sürücünun Şəxs olduğunu görmüşdür. Şəxs onları gördükdə ara küçəyə girərərək yüksək sürətlə həmin yerdən uzaqlaşmışdır. Hətta o, avtomaşını idarə edən Orxanı bir neçə dəfə etdiyi qanunsuz hərəkətlərinə son qoymaq üçün çağırsada o, bu çağırışlara heç bir əhəmiyyət verməmişdir. O və yanındakı Polis əməkdaşları Pərviz Yusifli və Rüslan Rəhimov avtomobili saxlamaq istəsələrdə Şəxs avtamabili ara küçələrlə idarə edərək qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən YPX-nin inspektorları baş serijant X2 və baş serijant X1 polis əməkdaşı X5 ilə eyni məzmunlu izahat verdilər. İşə əlavə olunmuş 24 iyul 2023-cü il tarixli, AP ******* nömrəli protokoldan görünür ki, Şəxs 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı rayonu, Ərkivan qəsəbəsində ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. İşə əlavə olunmuş 23 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X3 23 iyul 2023-cü il tarixdə saat 11:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli məhkəmə iclasında dindirilmiş şahid ifadələri, inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş videodisk və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkanə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiyət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə, qərara aldı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. 3 İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 23 iyul 2023-cü il tarixdən saat 11:30-dan hesablansın.
4. Qərarın icrası müvafiq olaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə və Masallı Rayon Polis Şöbəsinə tapşırılsın.
5. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın.
6. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Habil Bəhmənov