Məhkəmə qərarları › İş №3(050)-1128/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1128/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1128/2023 24.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 27 may 2023-cü il tarixdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 27 may 2023-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, xx.xx.2023-cü il tarixədə saat 16:42 radələrində Masallı rayonu Şərəfə kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Masallı RPŞ-nin əməkdaşlarını öldürəcəyini bildirmişdir. Şəxs müraciəti ilə əlaqədar əməliyyat istintaq qrupunun üzvləri RPŞ-nin CAB-n əməliyyat müvəkkili Şahid1, RPŞ-nin sürücü polis nəfəri Yusif Səlimov və PPXB-nün polis nəfəri Ziya Teyyubov ilə birlikdə Şəxs ərizəsinin alınmasından ötrü RPŞ-dən çıxarkən, Şəxs RPŞ-nin qarşısında ucadan nalayiq ifadələr işlədərək RPŞ-nin inzibati binasının ərazisinə daxil olmuş, polis əməkdaşları ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu izah etsələr də lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam edərək polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməyə başlamış, bu səbəbdən Şəxs barəsində tədbir görülməsindən ötrü RPŞ-yə gətirilmiş barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tanışı Rəvanə adlı xanıma borc pul vermiş, lakin pulunu geri ala bilmədiyindən barəsində Masallı RPŞ-yə şikayət etmişdir. Lakin şikayəti ilə əlaqədar heç bir araşdrma aparılmadığından əsəbilərək, xx.xx.2023-cü il tarixdə saat 16:42 radələrində Masallı DİNnin 102 xidmətinə zəng edərək Masallı RPŞ-nin əməkdaşlarını öldürəcəyi barədə məlumat vermiş, məlumat əsasında polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə dəvət edilmişdir. Həmin tarixdə Masallı RPŞ-nin inzibati binasının qarşısında olarkən əsəbiləşdiyindən ucadan ünvansız söyüşlər söymüş, yaxınlıqda olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək onu ictimai qaydadaya əməl etməsini izah etməklə nizam-intizama dəvət etsələr də, əsəbi olduğundan polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamışdır. Bu səbəbdən Masallı RPŞ-yə aparıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 izahatına göstərdi ki, xx.xx.2023-cü il tarixədə saat 16:42 radələrində Masallı rayonu Şərəfə kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Masallı RPŞnin əməkdaşlarını öldürəcəyini bildirmişdir. Şəxs müraciəti ilə əlaqədar əməliyyat-istintaq qrupunun üzvləri RPŞ-nin TB-nin təhqiqatcısı Vasif Ağazadə, RPŞ-nin sürücü polis nəfəri Yusif Səlimov və PPXB-nün polis nəfəri Ziya Teyyubov ilə birlikdə Şəxs ərizəsinin alınmasından ötrü RPŞ-dən çıxarkən, Şəxs RPŞ-nin qarşısından ucadan nalayiq ifadələr işlədərək RPŞ-nin inzibati binasının ərazisinə daxil olmuş, ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu izah etmiş, lakin o, polis əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam edərək nalayiq ifadələrlə təhqir etməyə başlamış. Bu səbəbdən Şəxs RPŞ-nin inzibati binasına gətirmişlər və bu barədə rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin polis sahə nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən xx.xx.2023-cü il tarixdə seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, özünün etirafı, protokolu tərtib etmiş şəxin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 2-ci qrup əlil olmasını onun məsuliyyətini yüngüləşdirilən hal kimi, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar