Məhkəmə qərarları › İş №3(050)-113/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-113/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-113/2025 10.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakim Abdullayev Coşqun Şamil oğlu, X1 Masallı Rayon Polis şöbəsinin DYPB-nin rəisi, X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X5 məhkəməyə şikayət verərək Masallı Rayon Polis şöbəsinin DYPB-nin rəisi, X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında ləğv edilməsi və İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş şikayət və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələrinə əsasən 04 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, vətəndaş X5 09 yanvar 2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir və iş materiallarına müddətin hansı səbəbdən ötürülməsi ilə bağlı sübut və ya vəsatət əlavə etməmişdir. Göründüyü ki, şikayət vermiş şəxs qanunla müəyyən edilmiş müddətdə Masallı Rayon Məhkəməsinə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti təhülkəsizliyinin təmin edilməsi üzrə inzibati xətalara yol verdiyindən barəsində xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş, lakin o, şikayət üçün nəzərdə tutulmuş 20 günlük müddəti pozmaqla, xx.xx.2025-ci il tarixdə şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum Qərarlarında göstərilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxs Samir Qəniyev Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində qeyd-olunan müddəti ötürdüyündən inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət geri qaytarılmalıdır. Eyni zamanda hüquqi köməklik məqsədi ilə izah edir ki, Azərbaycan Respublikası İXP-nin 130.2-ci maddəsinə əsəsən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar