Məhkəmə qərarları › İş №3(050)-114/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-114/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-114/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin nümayəndələri X5 və X6 iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1993-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Qida X2 Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının X3 X1 əməkdaşları tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi ünvan 3ndə yerləşən Şəxs məxsus ət satışı dükanına xx.xx.2024-cü il tarixli, LRB-24/0538 saylı qərara əsasən planlı yoxlama keçirilməsi üçün Azərbaycan Respublikası X3nin əməkdaşları xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixində yaxınlaşmışdır. Obyekt fəaliyyət göstərsə də sahibkar yoxlamaya şərait yaratmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ünvan 3ndə yerləşən sözügedən ət dükanının VÖEİN-i ona məxsus olsa da ət dükanını atası Faiq Kəlbiyev işlədir. X3 X1 əməkdaşları tərəfindən daha öncə müvafiq yoxlamalar aparılmışdır. Həmin yoxlama zamanı o, da iştirak etsə də atası Faiq Kəlbiyevin icazəsi olmadan o, yoxlama aparılan şəxsləri ət dükünına buraxa bilməzdi. Belə ki, o rəsmi sənədlər əsasında həmin dükanı atasının istifadəsinə vermişdir. Hazırda isə xx.xx.2025-ci il tarixdən ət dükanını özü işlədir. Bundan sonra ət dükanında bütün qanunpozuntuları aradan qaldıracaqdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının X3 X1 nümayəndəsi X11 izahatında göstərdi ki, ünvan 3ndə yerləşən Şəxs məxsus ət dükanında xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında planlı yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlamanın aparılması barədə sahibkar Şəxs əvvəlcədən məlumatı olmuşdur. Lakin istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş, hətta əməkdaşlar iki dəfə yoxlama və digər nəzarət tədbirləri keçirilməsinə cəhd etsələr də, onlara maneçilik törədilmiş, bununla bağlı akt tərtib edilmiş eləcə də videoçəkiliş aparılmışdır. Yol verdiyi qanunun pozuntusuna görə də İXM-nin 544.1-ci maddəsi ilə vəzifəli şəxs qismində Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının X3 X1 xx.xx.2024-cü il tarixli Şəxs ünvanlanmış məktubundan görünür ki, sahibkarlıq sayəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq müəssisədə 23 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək Azərbaycan Respublikası X3nin 2024-cü il üçün təsdiq olunmuş illik yoxlama planına əsasən yoxlama həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Bununla bağlı yoxlamanın aparılmasına dair qərarın surəti həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcının hüquq və vəzifələri Şəxs göndərilmişdir. Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin nümayəndəsi X12 məhkəmə iclasında X11 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: KY242257250 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, “ünvan 3ndə yerləşən ********** VÖEN –ni olan sahibkar Şəxs məxsus ”Ət Dükanında” xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə planlı üzrə yoxlama aparılacağı qeydə alınmışdır. X3 X1 “Yoxlama aparılması haqqında” xx.xx.2024-cü il tarixli, LRB-24/0538 saylı qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 15ci maddəsinə əsasən planlı yoxlamanın əsası götürülməklə sahibkar Şəxs məxsus ünvan 3ndə fəaliyyət göstərən ət dükanında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X15 və X12 tərəfindən planlı yoxlama aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, LRB-24/0538 saylı aktdan görünür ki, AQTA-nın LARB-nin xx.xx.2024-cü il tarixli LRB-24/0538 nömrəli yoxlama aparılması haqqında qərara və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən alınmış xx.xx.2024-cü il tarixli KY ********* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən Şəxs məxsus ət satışı dükanında planlı yoxlama keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində obyektə yaxınlaşılmış ət satış dükanında fəaliyyət olsa da, satışda olan xx.xx.2024-cü il tarixində ət məhsullarının təqribi çəkisi 30 kq olan məhsulların üzərində heç bir baytarlıq möhürünün mövcud olmaması aşkarlanmışdır. Sahibkar Şəxs yoxlamaya şərait yaratmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə planlı yoxlama aparılması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli aktdan isə görünür ki, Şəxs məxsus ət dükanında yoxlamanın keçirilməsi məqsədilə obyektə yaxınlaşılmışdır. Ət satış dükanı fəaliyyət göstərsə də, dükanda ət məhsulları mövcud olsa da, sahibkar Şəxs və atası X13 tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Sahibkar Şəxs yoxlamaya şərait yaratmadığı təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə İnzibati Xəta haqqında Protokol tərtib olunacağı bildirilmişdir. İş materiallarında olan CD disklərə baxış keçirilən zaman xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin əməkdaşları ünvan 3ndə fəaliyyət göstərən Şəxs məxsus ət satış mağazasında planlı yoxlama həyata keçirmək istəyən zaman onlara maneçilik törədilməsi və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlanılma yerinə buraxılmaması müəyyən olunur. Belə ki, CD disklərə baxış keçirilən zaman Şəxs yoxlama aparan şəxslərə “sabah gələrsiz ortaq məxrəcə gələrik”, əməkdaşın bu günləri şərait yaratmırsız sualına bu günləri yox sabah gələrsən”, “atam yoxlama keçirilməsinə icazə vermir, mən onun sözündən çıxa bilmərəm” və s. bəhanələr gətirməklə obyektdə (ət mağazasında) planlı yoxlama aparılmasına şərait yaratmamışdır. Elektron çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X9 atası Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəlləsinin 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Həmin qanunun 15.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 15.2-ci maddəsinə əsasən illik yoxlama planında aşağıdakı məlumatlar göstərilir: 15.2.1-ci maddəsinə əsasən yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 15.2.2-ci maddəsinə əsasən yoxlanılması nəzərdə tutulan yoxlama obyekti və müvafiq sahibkarın adı, 15.2.3-cü maddəsinə əsasən yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 15.2.4-cü maddəsinə əsasən yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); 15.2.5-cü maddəsinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 15.2.6-ci maddəsinə əsasən sahibkarda aparılmış sonuncu plan üzrə (növbəti) yoxlama haqqında məlumat (yoxlamanın başa çatdığı tarix, yoxlama aktının nömrəsi, qanun pozuntusu faktının aşkar olub-olmaması). 15.3-cü maddəsinə əsasən növbəti il üzrə yoxlamaların aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənir və cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirir. 15.4-ci maddəsinə əsasən sahibkarda bir neçə yoxlayıcı orqan tərəfindən birgə yoxlama aparıla bilər. Həmin qanunun 36-ci bəndində qeyd edilmişdir ki, bu qanunun tələblərinin pozulmasına görə sahibkarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikasının X3 X1 səlahiyyətli şəxslərinin gəldiyi nəticələr hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının X3 X1 əməkdaşları tərəfindən qanunvericilik normalarına riayət olunmaqla sahibkar Şəxs ona məxsus ət satışı mağazasında planlı yoxlama aparılmasına dair əvvəlcədən məlumat verilmiş, lakin sahibkar Şəxs sahibkar kimi üzərinə düşən öhdəlikdən yayınaraq, yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxslərə sahibkar olduğu ət satış mağazasına qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədərək, həmin əməkdaşları yoxlama yerinə buraxmamışdır. Bununla da İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq hakimiyyət orqanının vəzifəli şəxsləri tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs planlı yoxlama keçirilməsi nəzərdə tutulmuş ət mağazasını rəsmi sənədlər əsasında atası X7 istifadəsinə verdiyini bildirsə də məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında CD disklərə baxış keçirilən zaman Şəxs yoxlama aparan şəxslərə “sabah gələrsiz ortaq məxrəcə gələrik”, əməkdaşın bu günləri şərait yaratmırsız sualına bu günləri yox sabah gələrsən”, “atam yoxlama keçirilməsinə icazə vermir, mən onun sözündən çıxa bilmərəm” və s. bəhanələr gətirərək obyektdə (ət mağazasında) planlı yoxlama aparılmasına şərait yaratmamışdır. Belələliklə məhkəmə onun izahatını məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirir və mümkün sübutetmə vasitəsi qəbul etmir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə -fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən halı onun himayəsində 3 azyaşlı uşağının olmasıdır. İnzibati tənbehi ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, eləcədə himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati cərimə tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və vəzifəli şəxs kimi barəsində 3000 (üç min) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın İcrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar