Məhkəmə qərarları › İş №3(050)-1147/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1147/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1147/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, Masallı Rayon Polis X16 Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 rayonu ərazisində masallı şəhəri Seybətin dairəsi istiqamətində hərəkətdə olduğu vaxt Masallı Rayon Polis X18 xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. YPX-nin əməkdaşları tərəfindən ona məxsus VAZ 21074 minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasının səbəbi kimi guya avtomobilin arxa yayları (purjin) kəsik olduğu göstərilmiş, qanuna görə buna yol verilmədiyi bildirilərək avtomobili Masallı Rayon Polis Şöbəsinin cərimə meydançasının duracağına yerləşdirmişlər. O, polis əməkdaşlarına haqlı iradını və etrizanı bildirərək avtomobilində arxa yayların kəsik olmadığını bunu qanunamüvafıq qaydada yoxlanılmasını və müvafiq mütəxəssis rəyi ilə bunun sübuta yetirilməsinin vacibliyini bildirmişdir. Lakin, Polis Şöbəsinin əməkdaşları tərəfindən onun tələblərinə məhəl qoyulmadan prossesual hüquqları pozulmaqla avtomobil duracağa yerləşdirilmişdir. Buna etiraz olaraq o, bununla bağlı öz adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə qanunsuz saxlanmağında bağlı şikayət etmişdir. Məhz bundan sonra vəziyyətin ciddiyyətinin fərqinə varan Masallı YPX-nin əməkdaşları ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələri ilə yəni “avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normative tələblkər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən,tam kütləsinin və bu kütlənin oxlar üzərində paylanmasının,ağırlıq mərkəzinin,təkər bazasının və ya təkər düsturunun pozulması yaxud, tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklərin edilməsi” maddəsi ilə barəsində 150 (bir yüz əlli) manat cərimə tətbiq edilmişdir. Barəsində İXM-nin qeyd olunan maddələri ilə İnzibati protokolun tərtib edilməsi polisin sadəcə ona məxsus avtomobili qanunsuz olaraq Polis Şöbəsinin duracağında saxladığı müddəti pərdələmək və ona qanuni don geyindirmək məqsədi daşımışdır. Belə ki, göstərilən maddənin tərkib əlamətləri və hüquqi təbiəti Polis tərəfindən pozulması iddia edilən İnzibati Xətannın tərkib əlamətləri ilə üst üstə düşmür. Yəni, tam fərqli bir səbəblə Polis bölməsinə gətirilmişdir. Lakin, bunu sübut edə bilmədikləri üçün ona İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə heç bir sübut və dəlil olmadan cərimə yazılmışdır. Həm də göstərilən maddənin dispozitiv tərkibinə görə onun tərəfindən nəyə görə və konkret olaraq hansı dəyişikliyə görə cərimə edilməsi tam aydınlaşdırılmamışdır. Qeyd edilən inzibati xətanın törədilməsi yalnız mütəxəssis rəyi ilə müəyyən edilə bilər. Lakin həmin mütəxəssis rəyinin olub-olmaması ilə bağlı məkumatı yoxdur. Barəsində xx.xx.2025-ci il tarixə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı o, xx.xx.2025-ci il tarixində rəsmi olaraq almışdır. Məhkəmə iclasında Masallı Rayon Polis X16 Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X10 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, şikayət tam əsassızdır. Belə ki, Masallı RPŞ-nin YPX xidmətinin əməkdaşları xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, Seybətin dairəsi ərazisində xidmətdə olduqları vaxt VAZ 21074 minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu vaxt avtomobildə arxa yayların (purjin) kəsik olmaqla konstruksiya dəyişkiliyinə şübhə yarandığından sürücüyə saxlama işarəsi verilmişdir. Bundan sonra avtomobil Masallı RPŞ-nin duracağına yerləşdirilmişdir. Sürücünün iştirakı ilə mütəxəssis cəlb edilməklə avtomobilə yerində baxış keçirilmiş, baxış zamanı avtomobilin təkər bazasının pozulması və konstruksiya dəyişiklər (əlavə avadanlıın quraşdırılması edilməsi müəyyən edilmişdir. Bundan sonra sürücü Masallı RPŞ-nin DYPB-yə dəvət olunmuş, sürücünün izahatı alınmış, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş sürücü X4 protokolla tanış olduqdan sonra cərimə bildirişinin götürülməsi barədə qeydlər aparmış, protokolla razılaşaraq imzası ilə təsdiq edilmişdir. Bundan sonra Masallı RPŞ-nin DYPB-in rəisi tərəfindən Kənan Fərzullayev barəsində xx.xx.2025-ci il tarixdə TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Kənan Fərzullayev barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə 150 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Kənan Fərzullayevin saxlanılmasını əks etdirən videogörüntülər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, inzibati tənbehvermə haqqında qərar tam əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanları nəzərə alıb şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməli, inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki iş materialında olan: Məhkəmə iclasında CD diskə baxış zamanı müəyyən edilmişdir ki, “VAZ 21074” minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, Seybətin dairəsi ərazisində hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən sürücü saxlama işarəsi verilmiş, sürücü avtomobili saxladıqdan sonra avtomobilin təkərlərində konstruksiya dəyişikliyi barədə yaranmış şübhə ilə əlaqədar nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən Masallı RPŞ-nin duracağına yerləşdirilməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran rayonu, Mamusta kənd sakini X4 02.904.2025-ci il tarixdə saat 10:45-də Masallı rayonu Seybətin dairəsində “VAZ 21074” minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, sürücünü Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddəsini tələblərini pozması əsasına görə barəsində Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, sürücü Kənan Fərzullayav protokolla tanış oldum, 150 AZN cərimə bildirişini götürdüm qeydləri apararaq imzası ilə təsdiq etmişdir. “Avtoservis” TXS-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli 2611 saylı arayışından görünür ki, “VAZ 21074” minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə “Avtoservis” TXS-nin çilingər ustası X7 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobildə normativ tələblər pozulmaqla əlavə avadanlığın quraşdırılması və təkər bazasının pozulması aşkar olunmuşdur. X2 Masallı RPŞ-nin DYP-də yazdığı izahatından görünür ki, idarə etdiyi “VAZ 21074” minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə təkər konstruksiyasında olan dəyişikliyin olduğunu təsdiq etmiş, telqram vasitəsilə Masallı RPŞnin DYP-yə dəvət olunsa da, lakin Bakı şəhərində olduğuna görə çağırışa gələ bilməmiş, xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-yə yaxınlaşaraq inzibati xəta haqqında protokolla tanış olmuş, barəsində 150 manat inzibati qaydada cərimə olunmasını qeyd etmişdir. Avtomobilin fotoşəkillərdən görünür ki, VAZ 21074” minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin gövdəsinin arxa hissəsi ön tərəflə müqayisədə aşağı səviyyədədir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Kənan Qalib oğlu 02.904.2025-ci il tarixdə saat 10:45-də Masallı rayonu Seybətin dairəsində “VAZ 21074” minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, sürücünü konstruksiyanın pozulmasına (təkər bazasının pozulması) görə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixli TP 7197768saylı qərarla Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə aşağıda qeyd edilən səbəblərdən X2 şikayətinin əsassız olması, inzibati xətanın törədilməsinin səlahiyyətli orqan tərəfindən tam şəkildə sübut edilməsi qənaətinə gəlir. Belə ki, şikayətçi inzibati xətanın törədilməsini əks etdirən mütəxəssis rəyinin alınmadığını iddia etsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında inzibati xətanın aşkar edilməsi tarixinə alınmış mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Eyni zamanda inzibati xəta haqqında tərtib edilmiş protokola nəzər yetirdikdə şikayətçinin tərtib edilmiş protokolla razı olması ilə bağlı qeydlər apardığı aşkar edilmişdir. Şikayətçi ərizəsində avtomobilin arxa yaylarının kəsik olması səbəbi ilə polis şöbəsinə aparıldığını, sonradan isə ona başqa pozuntu ilə əlaqədar protokol yazıldığını bildirməsi ilə bağlı qeyd ediləməlidir ki, törədilmiş inzibati xətanın əks olunduğu İXM-nin 342.2.2 və342.2.3-cü maddələrinin dispozisiyasından tam aydın olur ki, Kənan Fərzullayevə məxsus avtomobilin yaylarının lazimi standartlara cavab verməməsi həmin maddələrin məzmununda öz əksini tapmışdır. Belə ki, həmin maddələrin dispozisiyasında bir neçə alternativ hərəkətlər göstərilmiş, həmin hərəkətlərdən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən,tam kütləsinin və bu kütlənin oxlar üzərində paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması” kimi qeyd edilmiş sözlər məhz avtomobilin arxa yaylarının kəsik olmasını ehtiva etmişdir. Bu hal mütəxəssis rəyi ilə də tam təsdiqini tapmışdır. Göründüyü kimi, şikayətçi onun barəsində tərtib edilmiş protokolla razılaşmış, daha sonra məhkəməyə etdiyi şikayətində mübahisələndirdiyi hallar toplanmış sübutların məcmusu ilə tam təkzib edilərək həqiqətən də inzibati xətanın törədilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar