Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-115/2025 13.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3049/2024 saylı icra sənədinə əsasən 05 sentyabr 2024-cü il tarixdən başlayaraq 20 oktyabr 2017-ci il təvəllüdlü X3 və 09 iyul 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər bir uşağa görə 200 manat, iki uşaq üçün 400 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3049/2024 saylı icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, aliment borcundan 430 manat ödəmiş, lakin borclu icra sənədini üzürsüz səbəbdən tam şəkildə icra etməmişdir. Hazırda icra sənədi üzrə 1570 manat ödənilməmiş aliment borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Borclu məhkəmə prosesinin getdiyi müddətdə borcundan 300 manatı tələbkara ödəmiş, bu barədə müvafiq qəbz təqdim etmişdir. Hazırda borclunun 1270 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3049/2024 saylı icra sənədindən məlumatlıdır. Lakin, maddi imkanı olmadığından aliment borcunu tələbkara tam şəkildə ödəyə bilməmişdir. İcra sənədi üzrə borcundan xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 180 manat, xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etmiş, maddi imkanı olduğu halda borcunu hissə-hissə ödəyəcəkdir. icra sənədi üzrə ödənilməmiş 1570 manat borcunu isə birdəfəlik ödəmək iqtidarında deyildir. Lakin, məhkəmə prosesinin gedişi zamanı xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə borcundan 300 manatı tələbkarın hesabına ödəmişdir. İcra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır. O, həmçinin göstərmişdir ki, hər ay müəyyən edilmiş 400 manat aliment borcunu, əlavə olaraq yaranmış borcundan da az-az ödənişləri edəcəkdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu indiyədək icra sənədi üzrə borcundan ödəniş etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. 2024-cü ilin oktyabr ayından bu günə kimi icra sənədi üzrə 1570 manat borcu yaranmış, hazırda həmin borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə borcundan 300 manatını ona ödəniş etmiş, lakin o, ödənişlərin tam şəkildə icra olunmasını tələb edir. Heç bir yerdən əlavə gəliri olmadığına görə himayəsində olan iki azyaşlı uşağın saxlanılmasında çətinliklər yaranmışdır. Bu səbəbdən də borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu borc məbləğini ya tam şəkildə ödəsin, ya da ödəmədiyi təqdirdə barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbiri görülsün. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan icra sənədindən görünür ki, 05 sentyabr 2024-cü il tarixdən başlayaraq 20 oktyabr 2017-ci il təvəllüdlü X3 və 09 iyul 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər bir uşağa görə 200 manat, iki uşaq üçün 400 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan “E Manat” ödəniş terminalına aid xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs kart hesabına 300 manat ödəniş etmişdir. Məhkəmə iclasında tərəflərin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs icra sənədi üzrə üzrə aliment borcunu hər ay müəyyən məbləğlər ödəmiş, hazırda icra sənədi üzrə üzrə borclunun 1570 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında borclu icra sənədi üzrə borcundan 300 manatını tələbkara ödəməsi barədə qəbzi məhkəməyə təqdim etmişdir. Tələbkar da məhkəmə iclasında verdiyi izahatında ona borclu tərəfindən xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş edilməsini etiraf etmiş, eyni zamanda borclu qalan borc məbləğini də yaxın vaxtlarda ödəyəcəyi barədə öhdəlik götürmüş, lakin tələbkar borclunun təklifini qəbul etməyərək aliment borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X1 aliment borcundan bir neçə dəfə ümumilikdə 430 manat pul ödəniş etməsini, habelə barəsində protokol tərtib edildikdən sonra 1570 manat aliment borcundan məhkəmə icasında 300 manatı tələbkara ödəməsi barədə qəbz təqdim etməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, X4 icra sənədinin tam şəkildə icra edilməməsində qərəzli olmamış, məhkəmə qətnaməsinin icrasına çalışmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-115/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-115/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver