Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1158/2024 11.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 19 may 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ələt-Astara yolunun Masallı rayonu, Musaküçə kənd ərazisindən keçən hissəsindən dəmir telləri kəsərək 24 manat,50 qəpik maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünə məxsus xırdabuynuzlu heyvanları vardır. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində xırdabuynuzlu heyvanları Ələt-Astara avtomobil yolunun kənarına gətirmiş və avtomobil yolunun kənar hissələrində olan yolun mühafizəsi üçün nəzərdə tutulmuş dəmir tordan olan çəpərdən keçirən zaman iki nəfər polis əməkdaşları yanına yaxınlaşmışlar və özlərini polis əməkdaşı kimi təqdim edəndən sonra onu Masallı rayon polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarına etiraz etməyib birlikdə şöbəyə getmişdir. Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həqiqətən də Ələt-Astara avtomobil yolunun Musaküçə kəndi ərazisindən keçən avtomobil yolunun mühafizəsi üçün nəzərdə tutulmuş dəmir tordan olan çəpəri xırdabuynuzlu heyvanlarını sahəyə aparmaq üçün sökmüşdür. Əməlindən peşmandır. Bir daha belə səhvə yol verməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 19 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ələt- Astara yolunun Masallı rayonu, Musaküçə dəmir telləri kəsərək 24 manat, 50 qəpik maddi ziyan vurmuşdur. 07 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-yə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ələt-Astara yolunun Masallı rayonu, Musaküçə kəndi ərazisində (136+700-cü km) 1m2 qoruyucu çəpər kəsilmiş və nəticədə müəssisələrinə 24.5 manat ( 1x24.5manat = 24.5 manat ) ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, 07 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 24 manat (iyirmi dörd) manat 50 (əlli) qəpik məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuni hesab edir. Zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə izah edilir ki, o, 24 manat 50 qəpik maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 24 (iyirmi dörd) manat, 50 (əlli) qəpik məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə ona dəymiş 24 manat 50 qəpik maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1158/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1158/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver