Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1159/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Eynalov Babək Eynal oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayonu, Məmmədoba kəndində fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, EP ******* nömrəli protokolda göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) 77000,00 ABŞ dolları məbləğində vəsaiti 29 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 41170,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhməmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə protokolla razı olmayaraq izahatında göstərdi ki, Şəxs MMC ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən Garant Group Limited YiWu şirkəti arasında bağlanmış 29 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 77000,00 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüşdür. Lakin 19 aprel 2024-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 10150 ABŞ dolları məbləğində mallar, yenidən 19 aprel 2024-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 25680 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmiş, hansı ki, nəzərdə tutulan iki il müddət ötməmişdir. 02 may 2024-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 37950 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmiş, hansı ki, nəzərdə tutulan tarixdən 03 gün müddət ötsə də, mallar gömrük ərazisinə 29 aprel 2024-cü il tarixdə daxil olsa da, lakin malların rəsmiləşdirilməsi üç gün gecikdiyi üçün sənədləşmə aparılmadığından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin müddətdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki 37950 ABŞ dolları məbləğində malların ölkəyə idxal edilməsini təsdiq edən gömrük bəyənnaməsində tarix xx.xx.2024-cü il göstərilmişdir. Müqaviləyə əsasən ölkəyə 3220 ABŞ dolları məbləğində mal idxal edilməmiş, bu da qanunvericiliyə əsasən inzibati məsuliyyət yaratmır. Sonda Nümayəndə göstərilənləri nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndənin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: Şəxs MMC ilə “Garant Group Limited YiWu” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli P20210911 saylı müqavilədən görünür ki, MMC ilə şirkət arasında malların alğısatqısı barədə müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli OX3 saylı ödəniş tapşırığından görünür ki, Şəxs MMC (VÖEN **********) “Garant Group Limited YiWu” şirkətinin hesabına malların sifarişi üçün 77000,00 ABŞ doları köçürmə etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən təqdim edilmiş qabaqcadan aparılmış ödəniş müqabilində malların idxalını təsdiq edən cədvəldən görünür ki, Şəxs MMC (VÖEN **********) 77000,00 ABŞ dolları məbləğində vəsaiti 29 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 41170,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumat və gömrük bəyənnamələri barədə cədvəldən görünür ki, Şəxs MMC tərəfindən “Garant Group Limited YiWu” şirkətinin xeyrinə aparılmış xx.xx.2022-ci il tarixində 77000 ABŞ dolları avans ödənişi cədvəl üzrə gömrük bəyənnamələri ilə bağlanmış Avans üzrə qalıq 3220 ABŞ dolları təşkil edir. xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, 37950 ABŞ dolları məbləğində mallar Şəxs MMC tərəfindən ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 77000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçdikdən sonra 3220.00 ABŞ dolları məbləğində malın ölkəyə idxal edilmədiyini, lakin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmadığından belə qənaətə gəlir ki, "xxxx" MMCin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs MMC-nin barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53.1.2,114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1159/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1159/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver