Məhkəmə qərarları › İş №3(050)-1161/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1161/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1161/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Masallı Rayon İcra Hakimiyyəti aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7, Zərərçəkmiş şəxs X2 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 2006-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, yetkinlik yaçına çatmamış, Masallı rayonu, Qızılağac kəndində olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 10 iyun 2023-cü il tarixdə X3 məxsus avtomobilə 435 manat maddi ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə az miqdarda ziyan vurma inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X4 iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X5 onun həmkəndlisidir, onunla münasibəti, hər zaman yaxşı olmuş, aralarında heç vaxt narazılıq və ya düşmənçilik ədavəti olmamışdır. xx.xx.2023- cü il tarixdə saat 15 radələrində Qızılağac kəndi ərazisində yanacaq doldurma məntəqəsinin qarşısında olan yolun kənarında dayandığı zaman Xəyalın özünə məxsus VAZ 21015 markalı avtomaşında maqnitadona yüksək səs verərək sürətlə hərəkətdə olduğunu görmüş və velosipedini avtomaşının qarşısına atmışdır. Xəyal avtomaşına tormoz verməsinə baxmayaraq avtomaşın velosipedə dəyərək təkəri partlamış və bamperi əzilmişdir. Həmin vaxt atası Müslüm onun yanına gələrək irad bildirmiş və yaşadığı evə aparmışdır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati iş üzrə ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, VAZ 21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023-ci il tarixdə saat 15 radələrində Masallı rayonu, Qızılağac kənd ərazisindən avtomoblini idarə edərkən Qızılağac kənd sakini Şəxs yanından keçdiyi zaman o, əlində olan velosipedi avtomaşınının qarşı hissəsinə qəsdən atmış, əyləci sıxmağına baxmayaraq velosiped onun avtomaşınının qabaq hissəsinə dəymiş, bundan sonra avtomobilinin bamperi, şini, döngə işığı və avtomobilin sol qapısının aşağı hissəsi zədələnmişdir. Bundan sonra avtomobilini saxlayıb Əliyə etdiyi əmələ görə iradını bildirib atası Müslümü çağırmağını istəmiş, həmin vaxtdan 5 dəqiqə sonra Müslüm həmin yerə gəlib oğlu Əliyə etdiyi əmələ görə iradını bildirib demişdir ki, “mən bezmişəm bunun əlindən get polisə şikayət et”. Həmin vaxt o, avtomaşını 25-30 km/saat sürətlə idarə etmişdir. Göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada cəza verilməsini və dəymiş maddi ziyanın alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxsnın əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-yə verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 20 iyun 2023-cü il tarixli arayışından görünür ki, Masallı rayonu, Qızılağac kəndində yaşayan X2 etibarnamə ilə idarə etdiyi “VAZ 21015” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 435 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, özünün qismən etirafı, zərərçəkmiş şəxs X6 vermiş olduğu izahatı, zərər çəkmiş X2 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində 1 mislidə cərimə edilməsini məqsədəuyğundur. X1 izah edilir ki, o, 435 manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş ziyanın 1 misli miqdarında 435 (dörd yüz otuz beş) manat məbləğində inzibati cərimə edilsin. X1 ona dəymiş 435 manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surət məlumat üçün Masallı Rayon Prokurorluğuna göndərilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar