Məhkəmə qərarları › İş №3(050)-1169/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1169/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1169/2024 27.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1500/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs X1 olan VAZ 21150 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş maddi zərərə görə 2270 (iki min iki yüz yetmiş) manat, dövlərt rüsumuna görə ödədiyi 20 (iyirmi) manat məbləğində pul alınaraq X7 ödənilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 21 yanvar 2013-cü il tarixdə anadan olmuş Cavadov Yaqub Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən icra sənədləri üzrə öhdəsinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1500/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs X1 olan VAZ 21150 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş maddi zərərə görə 2270 (iki min iki yüz yetmiş) manat, dövlərt rüsumuna görə ödədiyi 20 (iyirmi) manat məbləğində pul alınaraq X7 ödənilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 21 yanvar 2013-cü il tarixdə Cavadov Yaqub Hicran oğlunun yetkinlik yaşma çatanadək saxlanılması üçün X3 ödənilməsi qət edilmişdir. Borclu Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin borclu 2020-ci ildə axtarışda olmuş və tutularaq icra şöbəsinə gətirilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 4070 manat ödənilməmiş borcu vardır. Borc tələbi ilə bağlı isə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, alimentin tutulması haqqında qətnamədən xəbəri olmamışdır. İcra şöbəsinə gətirildiyi zaman bilmişdir. Bir neçə dəfə uşaqla görüşlə bağlı X5 yaşadığı ünvana getmiş olsada uşağı ona göstərməmişlər. Pul tələbi ilə bağlı isə tələbkarla razılıq əldə etmişdir. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Tikintidə fəhlə işləyir. Hazırda aliment tələbi ilə bağlı yaranmış borcundan 130 manat ödəyə biləcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 27 may 2024-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar