Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-117/2025 13.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, X1 Azərbaycan Respublikası DİN-nin DYP-nin X9 Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP-6877695 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin DYP-nin X9 Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP- 6877695 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olun inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Kənar Dairəvi yolun 5-ci km-də törədilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar (qərardad) qəbul edir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən inzibati xətanın törədildiyi yer - Bakı şəhəri, Qaradağ rayonunun ərazisidir. Şikayətçi qərardan verdiyi şikayətə Masallı Rayon Məhkəməsində baxılması üçün (yaşadığı yer üzrə) şikayətə müvafiq qaydada vəsatət əlavə etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN-nin DYP-nin X9 Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP-6877695 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev Azərbaycan Respublikası Masallı Rayon Məhkəməsi Poçt indeksi Аz 4400 Masallı şəhəri, Heydər Əliyev prospekti № 7 Elektron poçtu Elektron ünvan İş № 3(050)-117/2025 13 yanvar 2025-ci il X2 Ünvan: Masallı rayonu, Ərkivan qəsəbəsi Masallı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 3(050)-117/2025 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad. Hakim: Coşqun Abdullayev Azərbaycan Respublikasının Masallı Rayon Məhkəməsi Poçt indeksi Аz 92500 Masallı şəhəri, Heydər Əliyev prospekti № 7 Elektron poçtu Elektron ünvan İş № 3(050)-1689/2024 29 avqust 2024-cü il Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri cənab Anar Tanriverdiyevə Hörmətli Anar müəllim, X1 Bakı şəhəri, X10 İdarəsinin YPX inspektoru polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP-6703561 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti və əlavə edilmiş sənədlər Masallı Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 3(050)-1689/2024 saylı qərardadına əsasən baxılması üçün Sizə göndərilir. Qoşma: İnzibati material, 01 cild, ____vərəqə. Hörmətlə, Sədr: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-117/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-117/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver