Məhkəmə qərarları › İş №3(050)-1173/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1173/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1173/2025 05.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Masallı Rayon Polis Şöbəsinin YPX-in inspektoru tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 343.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 02 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ-21213” minik markalı, ** GG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, tibbi müayinəyə dəvət edilməsinə baxmayaraq, tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər natamamdır və bu səbəbdən baxılması mümkün deyildir, ona görə də protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun sonunda inzibati xəta törətmiş şəxsin həmin protokolu almasını təsdiq edən imza qrafasında heç bir məlumat qeyd edilməmişdir. Yəni, əgər barəsində inzibati xəta törətmiş şəxs həmin protokolu almışdırsa, imza etməli, əgər protokol inzibati xəta törədən şəxs tərəfindən imzalanmadıqda bunun səbəbi göstərilməklə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən protokolda müvafiq qeydiyyat aparılmalıdır. Bundan əlavə araşdırma aparan orqanı tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı alınmamış, onun hansı səbəbdən tibbi müayindən keçməkdən imtina etməsinin səbəbləri aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamamlığın aradan qaldırılması üçün geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar