Məhkəmə qərarları › İş №3(050)-1175/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1175/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1175/2025 02.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X9 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı şəhərində doğulmuş, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Bəhruz İbayevin inzibati xəta haqqında protokoluna açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4223/2017 nömrəli 11 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 136,60 (bir yüz otuz altı, altımış) manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəməyə ərizə təqdim edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4223/2017 nömrəli 11 sentyabr 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Şəxs barəsində verilən inzibati protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını və təqdim olunmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı Rayon icra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar