Məhkəmə qərarları › İş №3(050)-1176/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1176/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1176/2025 05.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında materialı araşdırıb MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 03 may 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 18 aprel 2025-ci il tarixdə avtomobil satmaq adı ilə X9 315 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 03 may 2025ci il tarixli protokola əsasən Şəxs 13 mart 2025-ci il tarixdə Masallı rayon Şıxlar kənd sakini X6 “Niva” markalı avtomobili almağa kömək etmək adı ilə 235 manat məbləğində pulu ələ keçirtmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, 08 aprel 2025-ci il tarixdə Masallı rayon Şıxlar kənd sakini X2 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 13 mart 2025-ci il tarixdə Masallı rayon sakini Şəxs “Niva” markalı avtomobil verəcəyini vəd verərək ona sənədləşmə üçün 234 manat lazım olduğunu və ona 235 manat pul göndərdikdən sonra onun etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq etməsini göstərmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X5 ümumilikdə 235 (iki yüz otuz beş) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş Şəxs yeri müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı rayon Polis şöbəsinə verilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, 21 aprel 2024-cü il tarixdə saat 09:33 radələrində X14 DİN-in 102 xidmətinə zəng edərək avtomobil almasında köməklik etməsi üçün adını bilmədiyi şəxsə (***-***-**-**) “Bazar Store” marketdən kart “4169 7388 0552 8332” hesabına “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 315 manat pul göndərib aldatması barədə məlumat vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğu üçün inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı rayon Polis şöbəsinə verilmişdir. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli vətəndaşın ərizə və izahat verməkdən imtina etməsi barədə protokoldan görünür ki, 28 aprel 2025-ci il tarixdə Masallı rayonu, Təzəkənd kəndində yaşayan X1 RPŞ-yə ərizə ilə müraciət edərək, 2024-cü ilin iyun ayında gəlini X10 ona, həyat yoldaşına, oğluna məxsus olan və ümumi dəyəri 1800 manat olan qızıl zinət əşyalarını oğurlamasını bildirməsi barədə olan material əsasında 28 aprel 2025-ci il tarixdə Şəxs izahatının alınmasından ötrü onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömərəyə zəng edərək izahat verməsinin zərurəti izah olunmuşdur. Şəxs ilə danışıq əsnasında hal-hazırda kənar yerdə olduğunu, X7 315 manat pulu beh olaraq aldığını bildirərək izahat verməkdən imtina etmişdir. Buna görə də, Şəxs izahatının alınması mümkün olmamışdır. Şəxs X9 315 manat məbləğində pulunu və X5 235 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı araşdırma aparılaraq qeyd olunan əməllərlə bağlı inzibati xəta haqqında protokol tərtib olunsa da, X3 oğurluq törədilməsi ilə bağlı ərizəsi əsasında təhqiqat orqanında araşdırma aparılmamış və həmin əmələ hüquqi qiymət verilməmişdir və həmin əmələ məhkəmə qaydasında araşdırma aparılaraq hüquqi qiymət verilməsi mümkün deyildir. Həmin əmələ hüquqi qiymət verilmədiyi halda Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan MN seriyalı ******* nömrəli, 03 may 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli 03 may 2025-ci tarixli inzibati xəta haqqında protokollara baxılması mümkün deyildir. İnzibati xəta haqqında materialı araşdırıb hesab edirəm ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan MN seriyalı ******* nömrəli, 03 may 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli 03 may 2025-ci tarixli inzibati xəta haqqında protokollar qeyd olunan normativ hüquqi aktın tələbinin pozulması ilə tərtib olunmuşdur. Odur ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilibedilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 03 may 2025ci il tarixli və MN seriyalı ******* nömrəli 03 may 2025-ci tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar