Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1177/2025 05.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Masallı şəhəri, Hakimiyyət prospekti, ev 14-də qeydiyyatda olmaqla Masallı şəhəri, H.Səmədov küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02 may 2025-ci il tarixdə saat 23 radələrində Masallı şəhəri ərazisində küçədə ucadan ünvansız nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhərindən yaşadığı evə gəldiyi zaman birlikdə yaşadığı Gülnarə Sadıqlının görüntülü olaraq kiminləsə danışdığını görmüşdür. Bu zaman əsəbləşərək ülgüclə Gülnarə Sadıqlının saçını qırxmışdır. Lakin onu döyməmiş, əl-qolunu bağlamamışdır. Bundan sonra küçəyə çıxmış və küçəyə çıxdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar və onu polis şəbəsinə davət etmişlər. Bu zaman o, artıq onun barəsində polisə məlumat verildiyini anlayaraq əsəbləşib ünvansız söyüşlər söymüşür. Hərəkətləri təxminin 2-3 dəqiqə davam etmişdir. Əsəbi olduğu üçün əvvəlcə polis əməkdaşlarına etiraz etmiş olsa da, daha sonra polis əməkdalarının onu polis şöbəsinə dəvət etmələri ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində izahatı alınmışdır. Məhkəmədən onu nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:03 radələrində X2 DİN-in 102 xidmətinə müraciət edərək qeyri rəsmi yaşadığı Anar adlı şəxsin onu döyməsini əlqolunu bağlayaraq işgəncə verməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında Masallı RPŞ-in CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Aqil Məmmədli, İTB-in sahə rəisi polis kapitanı Ramin Zeynalov, NH-in sürücüsü polis serjantı Bağır Hüseynli və PPXB-ün polis nəfərləri polis serjantı Nurlan Yavərli, PPXB-ün polis nəfəri polis sıravisi Elçin Fətullayev qeyd olunan ünvana yaxınlaşmışlar. DİN-in 102 xidmətinə daxil olmuş məlumat öz təsdiqini tapdığından vətandaş Şəxs RPŞ-nə dəvət etmişlər. Bu zaman o ucadan əxlaqsız küçə söyüşləri söyərək RPŞ-nə gəlməkdən imtina etmişdir. Onlar onu bir necə dəfə nizam intizama dəvət etsələrdə o onların qanuni tələblərinə tabe olmamışdır. Vətəndaş Şəxs öz nizamsız hərəkətlərinə təqribən 20-25 dəqiqə davam etdirdiydən onu dəfələrlə nizam intizama dəvət etsələrdə, lakin sonuncu polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyindən, onu RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:03 radələrində X2 DİN-in 102 xidmətinə müraciət edərək qeyri rəsmi yaşadığı Anar adlı şəxsin onu döyməsini əlqolunu bağlayaraq işgəncə verməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında Masallı RPŞ-in CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Aqil Məmmədli, İTB-in sahə rəisi polis kapitanı Ramin Zeynalov, NH-in sürücüsü polsi serjantı Bağır Hüseynli və PPXB-ün polis nəfəri polis sıravisi Elçin Fətullayev qeyd olunan ünvana yaxınlaşmışlar. DİN-in 102 xidmətinə daxil olmuş məlumat öz təsdiqini tapdığından vətandaş Şəxs RPŞ- nə dəvət etmişlər. Bu zaman o ucadan əxlaqsız küçə söyüşləri söyərək RPŞ-nə gəlməkdən imtina etmişdir. Onlar onu bir necə dəfə nizam intizama dəvət etsələrdə o onların qanuni tələblərinə tabe olmamışdır. Vətəndaş Şəxs öz nizamsız hərəkətlərini təqribən 20-25 dəqiqə davam etdirdiyindən onu dəfələrlə nizam intizama dəvət etsələrdə, lakin sonuncu polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyindən, onu RPŞ-nə gətirmişlər. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Zaur Abasov tərəfindən 03 may 2025-ci il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 03 may 2025-ci il tarixli 022167 saylı protokoldan görünür ki, Şəxs 03 may 2025-ci il tarixdə saat 02:20-də inzibati qaydada tutulmuş, 05 may 2025-ci il tarixdə saat 09:10-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 03 may 2025-ci il tarixdən, saat 02:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1177/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1177/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver