Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1178/2025 14.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclasa katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, X1nun iştirakı ilə X3 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ seriyalı 27705024 nömrəli, 03 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək EQ seriyalı 27705024 nömrəli, 03 may 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, 03 may 2025-ci il tarixdə “X8” yük markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Biləsuvar rayonunda yas mərasiminə gedərkən Ələt-Astara magistral yolunun 130-cu km-də sərnişin daşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Lakin o, heç bir sərnişin daşıma qaydalarını pozmadığı halda əsassız olaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında EQ seriyalı 27705024 nömrəli 03 may 2025-ci il tarixli qərarı tərtib edilərək 100 manat məbləğdə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin vaxt qaynanası rəhmətə getdiyi üçün iki uşağını evdə qoymuş, digər iki yaşında uşağı isə məcburiyyətdən özü ilə aparmış və avtomobili yük avtomobili olduğundan uşaq qabaq oturacaqda anasının qucağında oturmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ seriyalı 27705024 nömrəli, 03 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 03 may 2025-ci il tarixdə, saat 10:00 radələrində “X8” yük markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2-Astara magistral yolunun 130-cu km-də sərnişin daşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsinin İX hissəsinin 2-ci bəndinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir. Məhkəmədə müəyyən olundu ki, 03 may 2025-ci il tarixdə, saat 10:00 radələrində “X8” yük markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2-Astara magistral yolunun 130-cu km-də sərnişin daşıma qaydalarını pozduğu vəziyyətdə yolda nəqliyyat vasitəsini idarə etmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ seriyalı 27705024 nömrəli, 03 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X4 iki yaşında uşağı məcburiyyətdən özü ilə apardığını və avtomobili yük avtomobili olduğundan uşağın qabaq oturacaqda anasının qucağında oturduğu üçün sərnişin daşıma qaydasını pozmadığını iddia etsə də, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsinin İX hissəsinin 2-ci bəndinə əsasən 12 yaşınadək uşağın minik avtomobilinin qabaq oturacağında yalnız uşağı saxlayan xüsusi qurğu olduğu halda daşınmasına icazə verilir, lakin qeyd olunan avtomobildə belə bir qurğu olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 EQ seriyalı 27705024 nömrəli, 03 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 05 may 2025-ci il tarixdə məhkəməyə şikayət etdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ seriyalı 27705024 nömrəli, 03 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1178/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1178/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver