Məhkəmə qərarları › İş №3(050)-1179/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1179/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1179/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati protokoldan görünür ki, Şəxs 2024-cü ilin dekabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs aldadaraq 250 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə xırda talama əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Mollahəsənli kənd sakini X3 DİN-in 102 zəng xidmətinə müraciət edərək Şəxs və qohumu Qismət adlı şəxsin qardaşı Zərərçəkmiş şəxs adına Manato.az-dan 250 manat pulu kreditə götürməsini bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs həmin tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək 2024-cü ilin dekabr ayında həmkəndlisi Şəxs onun etibarından sui-istifadə etməklə Manato.az-dan 250 manat kredit götürərək ona qarşı dələduzluq etməsini göstərmişdir. Faktla bağlı Masallı RPŞ-nin Təhiqat Bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayon Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldadaraq Manto.az-dan onun adına 250 (iki yüz əlli) manat krediti məbləğini ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Araşdırma nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə gönsərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Sərdardan dəfələrlə borca pul almışdır. 2024-cü ilin dekabr ayında Sərdar ilə birlikdə olan zaman ona Manato.az-dan kredit verilib verilməyəcəyini yoxlamaq istəmişdir. Tanışı Qismətə zəng edib yoxlamağını xahiş etmişdir. Qismət onlara gəlmiş və Sərdara kredit düşüb düşmədiyini yoxlamışdır. Həmin gün Sərdara kredit düşmədiyini bildirmişdir. Daha sonra hamı öz evinə getmişdir. Təxminən 2 gün sonra yenidən pul verilib verilməməyin yoxlamaq üçün Qisməti Mollahəsənli kəndinə çağırmışdır. Masallı rayon Mollahəsənli kəndində olan zaman Qismət Sərdarın şəkillərini çəkmişdir. Həmin zaman kredit verilib verilmədiyini bilməmişdir. Təxminən 1 gün sonra Qismət zəng edib plastik kart istəmişdir. Plastik kartın şəklini Qismətə göndərmişdir. Qismət verdiyi plastik karta 230 (iki yüz otuz ) manat pul göndərmişdir. O zaman bilmişdir ki, Qismət Sərdarın adına Manato.azdan 250 (iki yüz əlli ) manat kredit götürmüşdür. Həmin puldan 20 manatını özünə götürüb qalan 230 manatı da plastik karta göndərmişdir. Sərdarın adına götürülmüş və ona çatan 230 (iki yüz otuz) manat pulu xərcləyərək bitirmişdir. Təxminən 20 gün sonra Sərdar onun adına kredit götürüldüyünü bildirdikdə krediti Qismətin götürməsini və 230 manatını da ona verməsini və xərcələməsini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün maddi imkanı yoxdur. Sonda Şəxs əməlindən peşman olmaqla göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs həmkəndlisidir. Onunla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Hətta Şəxs ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 500(beş yüz) manat borc almışdır. Hal-hazırda da ona borcludur. Sonuncu dəfə Cavid ondan 2024-cü ilin dekabr ayında yenidən borc pul istəmişdir. Pulunun olmadığını bildirmişdir. Cavid kredit götüməyi təklif etmişdir. Əvvəlcə razı olmamışdır. Həmçinin birinci qrup əlil olduğu üçün ona kredit verilmədiyini bildirmişdir. Cavid kredit götürməkdən anlayışı olan tanışı Qismət adlı şəxsə zəng edərək evlərinə çağırmışdır. Çox israr etdikdən sonra Qismət Cavidgilə gəlmişdir. Qismət və Cavid şəxsiyyət vəsiqəsi ilə şəklini çəkmişlər. Pul istəmədiyini bildirmişdir. Daha sonra pul verilib verilmədiyini yoxlamaq üçün razılaşmışdır. Qismət yoxlamış və kredit verilmədiyini bildirmişdir. Cavid də onu təsdiqləmişdir. Hər kəs öz evinə getmişdir. Təxminən 2 gün sonra Cavid ilə yenə görüşmüşlər. Cavid onu birbaşa Qismətin yaşadığı evə aparmışdır. Qismət ilə birləşərək Al marketin qarşısına gəlmişlər. Yenə də adına kredit verilib verimədiyini yoxlamaq məqsədi ilə şəxsiyyət vəsiqəsi ilə şəkillərini çəkmişlər. Kredit verilib verilmədiyini “Manato.az”dan öyrənmişlər. Şəklini çəkdikdən sonra tələsdiyi üçün oradan çıxıb getmişdir. Kredit veriləcəyi təqdirdə Qismət ona zəng gələcəyini bildirmişdir. Təxminən 2 gün sonra Cavidi və Qisməti də ayrı-ayrı vaxtlarda görüb zəng gəlmədiyini bildirmişdir. Hər ikisi ona əgər zəng gəlməmişdirsə, kredit ayrılmadığını bildirmişlər. Təxminən 20 gün sonra 2025-ci ilin yanvar ayında mobil telefonuna zəng gələrək krediti ödəmədiyini, kredit müddətinin vaxtını artırıb-artırmadığını soruşulmuş, həmin vaxt onun adına kredit götürülməsindən məlumatlı olmuşdur. Hazırda da Manato.az-a faiz borcları ilə birlikdə 450 manat borcu vardır. Cavid onun etibarından sui-istifadə etməklə onu aldadaraq adına kredit götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Masallı RPŞ-nin TB-ndə araşdırma başlanılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Şəxs əməli özünün etirafı ilə yanaşı protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edilən inzibati xəta ilə bağlı məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs 2024-cü ilin dekabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs adına kredit götürməklə 250 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib xırda talama əməlini törətmişdir. Tərəflər məhkəmədə izahat verərkən həmin faktları bir daha izahatlarında bildirmişlər. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-ninn 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, inzibati xətanın törədilməsi üçün seçilmiş üsulun təhlükəliliyini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs tənbehinin tətbiq edilməsi məqsədəuyğun və ədalətlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 08 may 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Aslanov X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar