Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-119/2025 13.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçmiş arvadı Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 13 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə izahatında göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə ərizə yazaraq, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə əri Şəxs tərəfindən döyülməsini bildirmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə təkrar ərizə yazaraq, xx.xx.2024-cü il tarixdə əri Şəxs tərəfindən döyülməsini qeyd etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə təkrar ərizə yazaraq, xx.xx.2024-cü il tarixdə əri Şəxs tərəfindən ölümlə hədələnməsi barədə müraciət etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə təkrar ərizə yazaraq, həmin gün əri Şəxs tərəfindən döyülməsini qeyd etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 ximətinə zəng edərək, eləcə də Masallı RPŞ-nə ərizə yazaraq, əri Şəxs tərəfindən döyülməsini bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında Masallı RPŞ-də toplanmış HK-1/3047, 3078, 3094,3209 nömrəli materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə törətdiyi inziabti xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə törətdiyi inziabti xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə və xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə ayrı-ayrılıqda inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2010-cı il tarixdə ailə həyatı qurmuş, 2 oğlan və 1 qız olmaqla 3 azyaşlı övladı vardır. Ailə qurduqdan sonra onların evində heç vaxt münaqişə olmamışdır. Lakin son zamanlar qayınatası Rəhim onların ailə işlərinə baş qoşduğuna görə müəyyən narazılıqlar yaranmağa başlamışdır. O, qayınatası Rəhimin bu səbəbdən 3 ilə yaxındır ki, onların evinə gəlməsinə mane olurmuş. Buna görə də Rəhim onunla qərəzli münasibət saxlayaraq, ona problemlər yaratmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində arvadı Ramilə azyaşlı oğlunun yemək istəməsinə baxmayaraq, uşağa yemək verməmişdir. O da Ramiləyə iradını bildirib sifət nahiyəsindən 1 dəfə sillə ilə vurmuşdur. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, evdə olarkən arvadı Ramilə uşaqları söyməyə başlamışdır. O, da buna görə Ramiləyə əsəbləşib, Ramilənin üzərinə qışqırmışdır. X2 rayonu, Məmmədrzaküçə kəndinə atası Rəhimin evinə getmək istəmişdir. O da Ramiləyə icazə vermişdir. Getdikdən az sonra Ramilə uşaqlarla birlikdə qayıdıb yaşadığı evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, pivə alıb evə gəlmiş və evdə içmək istəmişdir. Ramilə onunla mübahisə etməyə başlamışdır. O da Ramiləyə təkrarən irad bildirmişdir ki, evdə münaqişə etməsin və onu özündən çıxarmasın. Bundan sonra Ramilə uşaqları da götürüb atası Rəhimin evinə getmiş və artıq 2 həftəyə yaxındır ki, orada yaşayır. Göstərilənləri nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs ilə 2011-ci il tarixdə ailə həyatı qurmuş və 3 azyaşlı övladı vardır. Hər 3 övladı onunla birlikdə yaşayır. Şəxsla ailə qurduqdan sonra həyat yoldaşı ailəsində mütəmadi olaraq münaqişələr yaradır, onu döyərək xəsarət yetirirdi. O, isə azyaşlı övladlarının xətrinə dözüb ailəsini dağıtmamışdır. Mirvəli ilə yaşadığı evi atası özü onlar üçün tikmişdir. Lakin son vaxtlar artıq Mirvəli ilə yaşamaq mümkünsüz hala gəlmişdir. xx.xx.2024- cü il tarixdə saat 18 radələrində onlar evdə olarkən əri Mirvəli heç bir səbəb olmadan evdə münaqişə yaratmağa başlamışdır. O, Mirvəliyə etdiyi münaqişəyə görə iradını bildirmiş və bu zaman Mirvəli oturduğu yerdən qalxıb onun üzərinə gəlmiş və onun saçından tutaraq yumruğu ilə onun boyun nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir, lakin o, Mirvəlidən şikayət etməmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində evdə olarkən əri Mirvəli yenidən heç bir səbəb olmadan içkili vəziyyətdə mübahisə etməyə və onu döyməyə başlamışdır. Onu yerə yıxaraq yumruğu ilə bir neçə dəfə onun sifətinin sağ hissəsinə vurmağa başlamışdır. O, yenə də həmin gün şikayət etməmişdir, lakin xx.xx.2024-cü il tarixdə boyun və sifətinin sağ hissəsində ağrılar hiss etmişdir, ağrılar şiddətli olduğundan o, məcbur qalıb Masallı rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Orada həkimlər ona ilkin-tibbi yardım göstərmiş və daha sonra evə buraxmışlar. Masallı RMX-dan həkimlər onun xəsarət alması ilə bağlı Masallı RPŞ-nə məlumat verdiyindən polis əməkdaşları onların evinə gələrək, ondan ərizə almışdırlar. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində əri Mirvəli yenidən sərxoş vəziyyətdə evə gəlmiş və ona söz atmağa başlamışdır. O da Mirvəlinin məqsədinin münaqişə edərək, onu döymək istəməsi olduğunu bilib, Mirvəliyə cavab qaytarmamışdır. Lakin Mirvəli ondan əl çəkməmiş və qəflətən onun üzərinə gələrək yumruğu ilə onun baş nahiyəsindən bir neçə dəfə vurmuşdur. O, da başında şiddətli ağrılar hiss etdiyindən, yenidən xx.xx.2024-cü il tarixdə Masallı rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Həkimlər yenə də ona ilkin-tibbi yardım göstərmiş və evə buraxmışdır. O, artıq Mirvəli ilə yaşamağın mümkün olmadığından atasının evinə getmiş və orada yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində o, Mirvəlinin evdə olmadığını zənn edib, evə getmişdir. Amma Mirvəli evdə olmuş və onu görən kimi üzərinə hücüm edib, yumruğu ilə onun burun və çənə nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. O, uşaqları da götürüb atasının evinə, oradan da xəstəxanaya getmişdir. xx.xx.2024-cü il tarixdə ona azyaşlı övladlarının sənədləri lazım olduğundan o, yenidən həmin evə getmişdir. Mirvəliyə bildirmişdir ki, sənədləri götürüb atasının evinə qayıdacaq. Lakin Mirvəli onu nalayiq söyüşlərlə söyməyə və döyməyə başlamışdır. Onun saçından tutaraq, bir neçə dəfə evin divarına vurmuşdur. O, Mirvəlinin əlindən çıxıb atasının evinə getmişdir. Başında şiddətli və dözülməz ağrılar hiss etdiyindən yenidən Masallı rayon mərkəzi xəstəxanasına müraciət etmişdir, orada həkimlər ona ilkintibbi yardım göstərmiş və sonra evə buraxmışdırlar. Əri Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə yumruğu ilə onun boyun nahiyəsindən, xx.xx.2024- cü il tarixdə saat 17 radələrində yaşadığı evdə yumruğu ilə bir neçə dəfə onun sifətinin sağ hissəsinə, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə yumruğu ilə baş nahiyəsindən bir neçə dəfə, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yumruğu ilə onun burun və çənə nahiyəsindən, eləcə də təpiyi ilə bədəninin müxtəlif nahiyələrindən və xx.xx.2024-cü il tarixdə saat 13 radələrində saçından tutaraq bir neçə dəfə evin divarına vuraraq ona xəsarət yetirmişdir. Hazırda Mirvəli ilə barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Masallı RPŞ-də toplanmış HK-1/3047, 3078, 3094, 3209 nömrəli materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə törətdiyi inziabti xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə törətdiyi inziabti xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə törətdiyi inziabti xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə və xx.xx.2024-cü il tarixdə törətdiyi inziabti xətaya görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə ayrı-ayrılıqda inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bəhs edilən qərarda olan MTE və PAB-nin Masallı rayon şöbəsinin 1009 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, boynun arxa hissəsinin sıyrığı, sağ yanağın bayır hissəsinin qançırı və sağ yanağın iç hissəsinə qansızma müəyyən olunmuş, müəyyən edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmiş, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, boynun arxa hissəsinin sıyrığının törənmə müddəti 02 noyabr 2024-cü il tarixdə, sağ yanağın bayır hissəsinin qançırı və sağ yanağın iç hissəsinə qansızmanın törənmə müddəti 03 noyabr 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bəhs edilən qərarda olan MTE və PAB-nin Masallı rayon şöbəsinin 1029 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, başın sağ təpə nahiyəsinin qançırı, sağ bazu və sağ diz nahiyəsinin sıyrığı müəyyən olunmuş, müəyyən edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 05 noyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bəhs edilən qərarda olan MTE və PAB-nin Masallı rayon şöbəsinin 1093 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, başın yumşaq toxumasının məhdud sahədə əzilməsi müəyyən olunmuş, müəyyən edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 21 noyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bəhs edilən qərarda olan MTE və PAB-nin Masallı rayon şöbəsinin 1068 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, burun ucunun sıyrığı və sol bud nahiyəsinin qançırı müəyyən olunmuş, müəyyən edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmiş, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti 20 noyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən 13 yanvar 2025-ci il tarixdə MN ******* nömrəli, MN ******* nömrəli, MN 2060602, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək, hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs təqsiri iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, ekspert rəyləri, barəsində inzibati icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü madəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci madəsinə əsasən İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 13 yanvar 2025-ci il tarixdən saat 18:30-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Tahirov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-119/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-119/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver