Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1193/2023 23.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, X5 və onun müdafiəçisi X2, Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə. X5 Masallı Rayon İcra Hakimiyyəti yanında X4 Hüquqlarının Müdafiəsi üzrə komissiyanın sədri Abbas Abbaszadənin 18 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Masallı Rayon İcra Hakimiyyəti yanında X4 Hüquqlarının Müdafiəsi üzrə komissiyanın sədri Abbas Abbaszadənin 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qrumlarla işin təşkilatçısı Abbas Abbaszadənin 18 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız barəsində tərtib edilmiş ******* saylı protokola istinad edilərək uşaqlarının uzun müddət Masallı rayonu Kürdəbaz kəndində rəfiqəsi X8 yanında baxımsız və nəzarətsiz qalmasının müəyyən edilməsi qeyd edilmiş, bununla da uşaqlar üzərində təlim-tərbiyə vəzifələrini düzgün yerinə yetirməməsi nəticəsinə gəlinərək cərimə edilmişdir. Əvvəla sözügedən protokol iştirakı olmadan tərtib edilmiş, həmin protokolun surəti ona verilməmiş, protokolla tanış olmasına, ona qeydər yazmasına şərait yaradılmamış, nəinki bununla bağlı hüquqları izah edilməmiş, ümumiyyətlə ona məlumat belə verilmədən müəyyən sənədləşmələr həyata keçirilərək uşaqları oğurlanmışdır. Onun telefon nömrəsi həmin evə gələn komissiya üzvlərində olmasına, həmin nömrədən əvvəllər də dəfələrlə onlara uşaqları ilə bağlı zənglər etməsinə baxmayaraq, həmin gün nədənsə komissiya üzvləri nəinki protokol tərtib edərkən ona məlumat verməmiş, hətta uşaqlarını aparmalarını belə ondan gizlətmiş, saatlarla müxtəlif orqanlara getdikdən sonra nəhayət ki, uşaqlarının ondan gizlin uşaq evinə yerləşdirilməsi məlum olmuşdur. Göründüyü kimi hələ protokolun tərtibi zamanı kifayət qədər qanun pozuntularına yol verilmişdir. Mübahisəli qərara görə İXM-nin 189.1-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmiş və həmin maddəyə əsasən 100 manat cərimə edilmişdir. Halbuki qeyd olunan maddənin sanksiyasında xəbərdarlıq və ya 40 manatdan 60 manatadək cərimə nəzərdə tutulmuşdur. Bu isə bir daha ona qarşı olan qərəzin göstəricisidir. Uşaqlarının qanunsuz olaraq uşaq evinə yerləşdirilməsi ilə bağlı çoxsaylı şikayətlərinə görə qərəzli olaraq 100 manat cərimə edilmişdir. İXM-nin 189.1-ci maddəsi X4 tərbiyə və təlimi vəzifələrinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsini və ya lazımınca yerinə yetirilməməsini nəzərdə tutur. Lakin barəsində olan mübahisəli qərarda sözügedən maddəyə istinad edilsə də, konkret olaraq hansı tərbiyə və təlim vəzifələrini yerinə yetirməməsi və bunun nədə ifadə edilməsi qeyd edilməmişdir. Bundan başqa əri Şamil Niftiyev uşaqların saxlanılması üçün aliment ödənilməsinə dair məhkəmənin qanuni qüvvəsini almış və hazırda Rusiya Federasiyasında tanınma mərhələsində olan qətnamənin tələblərini kobud şəkildə pozaraq alimenti ödəmədiyindən, qaynanası isə evə köçürülmə barədə məhkəmə qətnaməsini icra etməyərək onu evə buraxmayıb, hətta xəsarət yetirməsinə görə inzibati qaydada cərimə olunmasından da nəticə çıxarmadığından kirayədə qalmaq məcburiyyətində qalmışdır. Ünvanlı sosial yardım da almadığından həm kirayə haqqlarını ödəmək, həmdə uşaqların ac qalmaması üçün işləmək məcburiyyətində qalmışdır. Təbii ki, belə bir vəziyyətdə uşaqları kimə isə həvalə etməlidir. O uşaqları rəfiqəsinə tapşırmaqla gündüzlər işləyib, axşalmalar isə uşaqlarının yanında olmuşdur. Bunu öyrənən qaynanası isə fürsətdən istifadə edib Rusiyada tanınma mərhələsində olan alimentə dair qətnamənin icrasına maneə olmaq üçün uşaqları nəzarətsiz saxlaması barədə Masallı RİH-nə məlumat vermiş, bununla bağlı qeyri-iş günündə təşkil olunan komissiya isə məsələni araşdırmadan, yəni nə onu, nə uşaqları yanında saxladığı rəfiqəsi dindirmədən özlərinin istədiyi kimi, guya onun uşaqları uzun müddət nəzarətsiz və baxımsız saxlamasına dair protokollar yazıb, uşaqları Uşaq Evinə yerləşdirmişlər. Lakin nədənsə həmin sənədlərdə «uzun müddət» anlayışına açıqlama verilməmiş, konkret olaraq uşaqların hansı müddət ərzində orada olması müəyyənləşdirilməmiş, iş vaxtından sonra uşaqların yanında olubolmaması araşdırılmamış, işlədiyi müddət ərzində uşaqların nəzarətsiz deyil, rəfiqəsinin yanında olması nəzərə alınmamışdır. Maraqlıdır ki, ana işləyirsə, həmin müddət ərzində uşaqları kiməsə tapşırması məgər uşaqları nəzarətsiz qoymaqdırmı? Bütün bunların bir açıqlaması vardır, Masallı RİH-nın uşaqları qanunsuz olaraq uşaq evinə yerləşdirilməsi ilə bağlı hüquq mühafizə orqanlarına olan müraciətlərindən və bu barədə məhkəmədə iddia qaldırmasından sonra özlərini sığortalamaq üçün belə qərar qəbul edilmişdir. Qərarda nömrə belə qoyulmamış, qərar ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qrumlarla işin təşkilatçısı tərəfindən imzalanmışdır. Lakin İXM-nin 41-ci maddəsinə əsasən həmin Məcəllənin 189.1-ci maddəsi üzrə inzibati xətalar haqqında işlərə «yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya»lar baxır. Qərarı imzalayan şəxs belə komissiyamın sədri ola bilər. Ancaq o, qərarı müvafiq komissiyanın sədri kimi deyil, «ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qrumlarla işin təşkilatçısı» kimi imzalamışdır. Lakin İXM-də nə «ictimai-siyasi və humanitar məsələlər şöbəsinin», nə də «dini qrumlarla işin təşkilatçısı»nm belə qərar qəbul etməsi nəzərdə tutulmamışdır. Bütün bunlar əməlində İXM-nin 189.1-ci maddəsinin tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Heç bir inzibati pozuntuya yol vermədyi halda, inzibati qaydada cərimə edilməsi qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmmışdır. Halbuki göstərilən hallar İXM-nin 53-cü maddəsində icraatı rədd edən hallar kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə icraata xitam verilməli idi. Məhkəmə iclasında şikayət vermiş şəxs X12 məhkəmə iclasında şikayətə eyni məzmunda əsaslandıraraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 vəkili X9 məhkəmə iclasında şikayətə eyni məzmunda əsaslandıraraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayan X5 azyaşlı övladları xx.xx.2016-cı ıl təvəllüdlü X13 və xx.xx.2017-cı il təvəllüdlü X6 X14 məxsus Masallı rayonu. Kürdəbaz kəndindəki fərdi yaşayış evində uzun müddət nəzarətsiz və baxımsız vəziyyətdə qalmaqları faktı aşkar edilmişdir. Aşkar edilmiş fakt Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən protokollaşdırılaraq (№ 1653401) Rayon icra Hakimiyyəti başçısı yanında YYÇİ və HM üzrə komissiyaya göndərilmişdir. Toplanmış materiallara baxılaraq valideynin azyaşlılar üzərində tərbiyə və təlim vəzifəsini düzgün yerinə yetirməməsi faktı aşkar olunmuşdur (pozuntunun tərkibi).Bununla da azyaşlılarının valideyni X15 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 189.3.-ci maddəsinin tələbləri pozulmaqda təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Lakin qərarda texniki səhv olaraq İnzibati Xətalar Məcəlləsinin 189.3.-ci maddəsi əvəzinə İXM-nin 189.1-ci maddəsi qeyd olunmalıdır. Bundan başqa Aytən Xılilovanın eyni hərəkətlərə əvvəllər də yol vermiş, komissiya bu barədə müvaviq araşdırma aparmış, komissiyanın xx.xx.2022-ci il tarixli iclasında ona xəbərdarlıq edilməsi qərara alınsa da, Aytən Xəlilovanın barəsində inzibati icraat başlanılmamışdır. Hesab edir ki, şikayət əsassızdır və rədd olunmalıdır. 18 iyul 2023-ci il tarixli qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X1 Xətalar Məcəlləsinin 189.1-ci maddəsi ilə təqsir bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan CD-diskə baxılan baxış keçirilərkən X12 azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X13 və 21 09.2017-cı il təvəllüdlü X6 tərbiyə və təlimi vəzifələrinin lazımınca yerinə yetirilməməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında qərardan və həmin qərarın yazılmasına əsas olunmuş materiallardan göründüyü kimi, uşaqlara baxımsız qalması əsası ilə, X18 Xətalar Məcəlləsinin 189.1-ci maddəsinin tələblərinin pozulması əsas gətirilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməmişdir. Belə ki, səlahiyyətli şəxs tərəfindən İXM 189.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirindən daha ağır cəza növü təyin edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 189.1, 189.3, 189.4, 212.3, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan X4 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X4 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən olunur. Bu məcələnin İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinin tələbinə görə X4 tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1.-ci maddəsində qeyd oluinmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; -134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; -134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 135.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunan əsaslar, cəzanın təyininə münasibətdə nəzərə alınır, digər hallar öz təsdiqni tapmadığı üçün qalan hissədə şikayət əsassız hesab olunmalıdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxsin inzibati xəta törətmiş X12 barəsində gədiyi nəticə sübuta yetirilsədə, lakin həmin qanun norması tətbiq edilərkən nəzrdə tutulan maddənin sanksiyası həddindən daha ağır cəza təyin olunmuşdur. Belə ki, inzibati tənbeh barədə İXM-nin 189.1-ci maddəsinin sanksiyasında cərimə cəzasından əlavə xəbərdarlıq tənbeh təvbiri də nəzərdə tutulmuşdur. Aytən Xəlilova barəsində əvvəllər eyni növ araşırma komissiya tərəfindən aparılsa da, faktiki olaraq onun barəsində heç bir inzibati icraat aparılmamışdır. Bundan başqa İXM-nin 32.1.3-cü maddəsinin tələbinə görə hal-hazırda himayəsində bir azyaşlı uşağının olması, yüngülşədirici hal kimi nəzərəə alınmalıdır. Belə olan halda Aytın Xəlilova ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğu üçün, onun ailə və maddi vəziyyəti, himayəsində azyaşı uşağının olması nəzərə alınmaqla, barəsində xəbərdarlıq inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-nin 24.1. və 24.2-ci maddələrinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. İXM-nin 149-cu maddəsinə əsasən xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur. Göstərilənlərə əsasən və İXM-in 115, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 şikayəti qismən təmin edilsin. Masallı Rayon İctimail-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini dini qurumlar işinin təşkilatçısı Abbas Abbaszadənin 18 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında haqqında qərarı, X7 cərimə inzibati tənbeh tədbirinin tətbiqi hissəsində dəyişdirilsin. X12 Azərbaycan Respublikası İXM-nin 189.1-ci maddəsi ilə təqsirli bilinib ona xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1193/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1193/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver