Məhkəmə qərarları › İş №3(050)-1195/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1195/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1195/2024 11.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1956-cı ildə Cəlilabad rayonu, Kazımabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Cəlilabad rayonu, Kazımabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 20 may 2024-cü il tarixdə, saat 22:59 radələrində Masallı rayonu, Köhnə Alvadı kəndi ərazisində idarə etdiyi “Hyundai Sonata” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün nəzarət qaydasında saxlanıldıqda avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 20 may 2024-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu, Köhnə Alvadı kəndi ərazisində hərəkətdə olarkən Masallı RPŞ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqda onun spirtli içki istifadə edərək nəqliyyat vasitəsini istifadə etməsi məlum olmuşdur. O, həmin gün bir şüşə pivə içmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır. Yaşlı olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında 20 may 2024-cü il tarixli, İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində səmimi peşman olması və ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 150-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar