Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1196/2023 16.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxxx 1990-ci ildə Bakı şəhərində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi, 38, 52 ünvanında qeydiyyatda olan və yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 28 iyul 2023-cü il tarixdə saat 13:55 radələrində “NİSSAN MARCH MİNİK ” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhər ərazisində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, 17 iyul 2023-cü il tarixdə “NİSSAN MARCH MİNİK ” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı ərazisində idarə edəkən Yol Patrul Xidmətinin əməkdaşları sənədlərini yoxlamaq üçün ona saxlama işarəsi vermiş, o, Yol Patrul Xidmətinin əməkdaşının tələblərinə tabe olaraq avtomaşını saxlamışdır. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun avtomaşını sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmiş, tibbi müayinəyə təqdim olunduqdan sonra onda narkotik vasitəsindən istifadə olunması sərxoşluğu təsdiq olunmuşdur. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşları onun sərxoş olduğunu müəyyən etdikdə barəsində protokol tərtib etmişlər. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 28 iyul 2023-cü il tarixdə saat 13:55 radələrində “NİSSAN MARCH MİNİK ” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhər ərazisində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir İşdə olan 28 iyul 2023-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, yoxlama zamanı Şəxs narkotik vasitə qəbulundan yaranmış sərxoşluq müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında akt və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4.-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tənbeh tədbiri görülməlidir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə–altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs töyrətdiyi inzibati xətanın xarakterini, onun təqsirlik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan qaydada inzibati cərimə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs (xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* protokol üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1196/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1196/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver