Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1198/2023 01.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Qurtuluş küçəsi, ev 7-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, Xətai küçəsində yerləşən “Retrocar” adlanan kafenin qarşısında Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) manat məbləğində pulu oğurlayaraq xırda talama əməli törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı Dadva-2 küçəsində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə müraciət edərək, ona məxsus olan 400 manat pulun oğurlanmasını bildirmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, Qurtuluş küçəsində yaşayan Şəxs tanışı Zərərçəkmiş şəxs Masallı şəhərində yerləşən “Retrocar” adlanan kafenini qarşısında yerə düşmüş 400 manat pulunu oğurlayaraq xırda talama əməli törətmişdir. Göstərilən səbəbdən onun barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, Masallı şəhəri ərazisində yerləşən “Retrocar” adlanan kafenin yaxınlığında olmuşdur. Bu zaman o, orada dayanarkən Zərərçəkmiş şəxs orada sidiyə getməsini görmüşdür. Rahidə yaxınlaşmış və etdiyi əməl barəsində ona irad bildirmişdir. Rahid ona “sən kimsən” demiş və cibindən pullarını çıxarmışdır. Rahidin pullarının qalınlığından təxminən 200 manat ola biləcəyini yəqin etmişdir. Rahid ona 5 manat pul uzatmış və get xərclə demişdir. O, isə ona onun pulunun lazım olmamasını bildirmişdir. Rahid pulunu cibinə qoyan zaman cibində olan pullardan yerə düşmüşdür. Rahid sərxoş olduğu üçün pulunu yerə düşməsini hiss etməmiş və oradan uzaqlaşmışdır. O, da Rahidin uzaqlaşmasını görüb həmin pulu götürmüşdür. Ətrafda heç kimin olmamasına əmin olmuş və həmin pulu cibinə qoyaraq oradan uzaqlaşmış, pulları isə Bakı şəhərində xərcləmişdir. Rahidin pulunu 1 ay müddətinə qartarı bilər. Hazırda onun ödənilməsi üçün imkanı yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri ərazisində yerləşən “Retrocar” adlanan kafeyə getmişdir. Bu zaman yolun kənarında tanışı Rüfət adlı şəxslə onun arasında sözlə narazılıq olmuşdur. Bu zaman biraz kənarlaşandan sonra pulunun yerində olmamasını görmüş, həmin pulu Rüfət adlı şəxsin oğurlamasını düşünmüşdür. Həmin əraziyə geri qayıtmış, lakin Rüfəti orada tapa bilməmişdir. Ona ümumiyyətlə Rüfətin pul oğurlaması nəticə 570 manat maddi ziyan dəymişdir. Daha sonra bununla bağlı şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs 570 manat pulunun geri qaytarılmasını, əks təqdirdə Şəxs həbs edilməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməldə İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə Şəxs məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı, MN ******* nömrəli inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati həbs haqqında qərar çıxarıldığı gündən, yəni 01 avqust 2023-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şirinov X3 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1198/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1198/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver